Azərbaycan RespublikasıMilli Televiziya və Radio Şurasının www.ntrc.gov.azünvanlı İnternet saytıicmal hissədə də qeyd etdiyimiz kimi, fəaliyyətində problemi olan saytdır. Yəni sayt aşıldıqdan sonra içəridəki məlumatları əldə etmək üçün saytın aşağısına qədər irəliləmək gərəkdir. Bu da ziyarətçi üçün böyük çətinliklər yaradır. Yaxşı olardı ki, bu problem aradan qaldırılaydı. Bundan başqa, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar natamam təqdim edilmişdir. Yaxşı olardı ki, bu sahə bir az daha dolğunlaşdırılsın.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsinə gərək duyulur.
3. Qurumun strukturu haqqında isə digər çatışmayan bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərin, əks əlaqə imkanlarının da təqdim edilməsi mövcud olduğu üçün əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Qaynar xəttin mövcudluğu, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar təqdim olunur. Buna görə əlavə tövsiyəyə gərək duyulmur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edilsəydi daha yaxşı olardı.
11. Tender və yarışmaların keçirilməsi elanları, qaydaları və nəticələri ilə bağlı bilgilər təqdim olunmur. Bu üzdən də tövsiyə olunur ki, bu məlumatlar da əks olunsun.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.
13. Saytın texniki imkanları sırasına abunə imkanının və sosial şəbəkələrdə səhifələrinin olmasına da lüzum duyulur.