Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti www.azerisigorta-az.com domen adlı İnternet saytı monitorinqdə də qeyd etdiyimiz kimi, çox geniş bilgi vermir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri də ayrıca e-xidmətlər bölməsinin olmasıdır. Qurumun saytında sahə işçilərinin tarif stavkası, tender və yarışmaların elanları, nəticələri, büdcə, büdcədənkənar daxilolmalar, vətəndaşların qəbul qaydaları və qəbul günləri, işə qəbulla bağlı qaydalar, boş iş yerlərinin elanları, rəhbər işçilərin tarif stavkası, qurumun norma yaratma fəaliyyəti öz əksini tapmır. Bu məlumatlar da göstərilsəydi sayt qismən dolğun olardı. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, e-poçtlar barədə bilgilər verildiyi üçün bu sahədə tövsiyə qurumun marşrut sxemi və quruma gəlmək üçün ictiami nəqliyyat haqqındadır.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) təqdim edilmir. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə müəyyən qədər məlumatlar saytda yer alır. Yaxşı olardı ki, digər bilgilər də təqdim edilsin.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmur. Amma yaxşı olardı ki, bu bilgilər də saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar və boş iş yerləri haqqında elanlar təqdim edilmədiyi üçün tövsiyyə olunur ki, bu bilgilər də saytda yer alsın.
9. Sahə işçilərinin əmək haqları barədə isə saytda heç bir bilgiyə rast gəlinmir. Yaxşı olardı ki, bu barədə də məlumatlar təqdim olunaydı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunmayan bilgilər sırasındadır. Bu üzdən də tövsiyəyə olunur ki, məlumatlar göstərilsin.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında kifayət qədər geniş məlumatlar saytda yer almamışdır. Bu da əlavə edilsəydi sahə dolğunlaşmış olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmır. Bu üzdən də bölmənin doldurulmasına ehtiyac duyulur.
13. Saytın texniki imkanları sırasına abunə imkanının olması və qurumun sosial şəbəkələrdən fasebook sosial şəbəkəsində səhifəsinin aktivləşdirilməsinə ehtiyac var.