Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin www.azerisigorta.az.com adlı İnternet saytında bu sahəyə aid xidmət haqqında bir çox məlumatlar yer alıb. Saytın istifadəsi rahatdır. Elektron xidmətlər bölməsinin ayrıca təqdim edilməsi, qurumun tarixi, ünvanı, rəhbərlik haqqında məlumatlar,vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, qaynar xətt, onlayn və telefon, faks əlaqələri baxımından qurumun internet resursunu nisbətən müsbət qiymətləndiririk. Amma bunu sahə işçilərinin əmək haqqı barədə demək olmur. Saytda demək olar ki, bir çox bölmələr boşdur: qurumun marşrut sxemi, quruma gəlmək üçün ictimai nəqliyyat, qurumdaxili əmr və qərarlar, büdcə, sahə işçilərinin tarif stavkası, vətəndaşların qəbul qaydaları, günləri, tender və yarışmalarla bağlı elanlar, büdcə, bücdənkənar daxilolmalarla bağlı sahələr, boş iş yerlərinin elanlarına aiddir. Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilir, lakin qurumun ünvanının marşrut və sxemi, ictimai nəqliyat haqqında bilgi təqdim edilmir.
3. Qurumun strukturu barədə də yetərli bilgi təqdim edilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilən məlumatlar sırasındadır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Lakin qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestrinə (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla)rast gəlinmir; qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə müəyyən bilgi göstərilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutmur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, qaynar xətt nömrəsi mövcud deyil.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası və işə qəbulun norma və qaydaları , dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə heç bir məlumata rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə heç bir məlumata rast gəlinmir.
11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmamışdır. Yeganə təqdim edilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
12. Qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə və sosial şəbəkələrdəki səhifələri boşdur.