Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin www.dmx.gov.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, saytı daha dolğun və daha təkmil məlumat verə bilər. Bununla belə, saytda xeyli çatışmazlıqlar da müşahidə edilməkdədir. Bu çatışmazlıqlar isə daha çox bilgi içərisi ilə bağlıdır. Lakin saytdakı bilgilərin natamam olması dərhal diqqəti cəlb edir. Saytda e-xidmətlərin təqdim edilməsi onun üstünlüklərindən biridir. Həmçinin, saytda mütləq xidmətlərin təklif edilməsi, qurumun ünvanı, əsas rəhbərin bioqrafiyası öz əksini tapsa da, quruma gəlmək üçün ictimai nəqliyyat, qurumun rəhbərinin müavinləri və struktur rəhbərlərinin heç biri haqda bioqrafik bilgilərə rast gəlinmir. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında isə digər çatışmayan bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Lakin təqdim edilmiş informasiyalar sırasına qurumun təklif etdiyi əlavə xidmətlər haqqında da bilgilərin əlavə edilməsi lazımlıdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgiləri bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim etmək lazımdır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı verilmiş qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları barədəki bilgilərin verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
13. Saytın texniki imkanları sırasına abunə imkanının və sosial şəbəkələrdə səhifəsinin hazırlanmasının da əlavə edilməsi lazımdır.