Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti www.dmx.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti www.dmx.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin www.dmx.gov.az ünvanlı İnternet saytında qurumun təklif etdiyi xidmətlər haqqında bir sıra məlumatlar təklif olunur. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur. Sayt özü bütövlükdə zəngindir. Onlayn yazışma forması olsa da, abunə imkanının yoxluğu əks əlaqənin bir qədər zəif qurulmasına səbəb olur. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Örnək üçün, qurumun büdcəsi haqqında heç bir bilgi verilmir. Bundan başqa, işə qəbul qaydaları, boş iş yerlərinin elanları, vətəndaşların qəbul qaydaları, qəbul günləri, sahə işçilərinin əmək haqları, sosial şəbəkələrdə səhifəsinin mövcud olmaması da bəlli olur. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1.      Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir.

 2.      Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

 3.      Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında isə heç bir məlumat təqdim edilmir.

 4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları (onlayn formanın olmamasını nəzərə almasaq) təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər isə yoxdur.

 5.      Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

 6.      Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.

 7.      Qurum tərəfindən təklif edilən xidmətlər xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı olsa da, qaynar xətt yoxdur. Burada çatışmayan yalnız qurum tərəfindən təklif edilən əlavə xidmətlər barədə bilgilərdir.

 8.      İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə isə hər hansı bir bilgiyə də rast gəlinmir.

 9.      Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

 10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Digər bilgilərə isə rast gəlinmir.

 11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə heç bir bilgi təqdim edilmir. Təəssüflər olsun ki, oda yetərli sayılacaq səviyyədə deyil. Digər bilgilər (tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) barədə isə  heç bir məlumat təqdim edilmir.

12.    Növbəti təqdim edilməyən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13.    Saytın texniki imkanları sırasında abunə və sosial şəbəkələrdə səhifəsinin olmaması da diqqətdən qaçmır. 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV