13.12.2006
Media Hüquq İnstitutu Multimedia Mərkəzi
Məlumat
13 dekabr tarixdə, BMM-də MHİ və Multimedia Mərkəzi tərəfindən “Teleradio fəaliyyətinin tənzimlənməsinin aktual problemləri” mövzusunda Dəyirmi Masa keçirilib.
MHİ-nin direktoru Rəşid Hacılı Dəyirmi Masanı açaraq tədbirin keçirilməsi haqqında məlumat verdi.
Dəyirmi Masada ölkədə teleradio yayımının tənzimlənməsinin hüquqi və texniki aspektləri ətrafında müzakirələr aparılıb.
“Teleradio yayımının tənzimlənməsinin hüquqi aspektləri” mövzusunda Ələsgər Məmmədlinin və “ Efir tezliklərindən istifadənin effektivliyinin artırılması” mövzusunda Osman Gündüzün təqdimatları dinlənilib.
RITN-nin bölmə müdiri Qulam Abdullayev və Radiotezliklər üzrə Dövlət Komissiyasının məsul katibi Adil Məsimov dövlət tərəfindən bu istiqamətdə aparılan işlərlə bağlı məlumat veriblər
Ölkənin teleradio sahəsinin inkişafı və bu sahədə efir tezliklərindən səmərəli istifadə edilməsi üçün Təkliflər irəli sürülüb.
Dəyirmi Masada müvafiq sahə ilə əlaqəli dövlət , özəl və ictimai sektorun , teleradio subyektlərinin nümayəndələri iştirak edib.
MHİ Multimedia Mərkəzi
Tel . 5960623 4924444