Friday 19th April 2024,

Xəbərlər

Ξ Leave a comment

Zərdabi Mətbuat Mərkəzinin ilk mənbədən informasiya alınmasının 4 aylıq yekunlarına dair hesabatı

posted by

ZMM-in ilk mənbədən informasiya alınmasının 4 aylıq yekunlarına dair hesabatı

Hörmətli tədbir iştirakçıları,

Zərdabi Mətbuat Mərkəzi ölkədə ilk mənbədən informasiya almaq sahəsində vəziyyəti və tendensiyaları müəyyənləşdirmək üçün 2 illik iş planı – proqram qəbul edib. Bu layihənin bir illik yekunlarının təqdimatı və mövzu ətrafında fikir mübadilələləri aparılması məqsədilə təşkil etdiyi «dəyirmi masa»da Sizləri salamlamaqdan məmnunluq duyur. Xoş gəlmisiniz!

Bu layihənin 7 ayı Açıq Cəmiyyəti İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilir. Həm də bu 7 ayın 4 ayının yekunları barədə də məlumat verilir. Bu günkü tədbirimizdən məqsəd həmkarlarımıza və ictimaiyyətə layihənin gedişi barədə məlumat vemək, mövzuya dair müzakirələri aparmaq, həmçinin problemlə bağlı dövlət orqanları və aparıcı qurumların münasibətini öyrənməkdir. Qeyd edək ki, bu günkü «dəyirmi masa» ZMM-in layihə çərçivəsində həyata keçirdiyi ikinci toplantıdır. Birinci tədbirimiz bu il sentyabrın 28-də keçirilib və həmin yığıncaqda ZMM-in ilk mənbədən informasiya alınması ilə bağlı KİV rəhbərləri və jurnalistlər arasında keçirdiyi sorğusunun nəticələri açıqlanıb.

Müasir Azərbaycan mediasının ən problemli cəhətlərindən biri də ilk mənbədən informasiya almaqda çətinlik çəkməsidir. Əslində bunu təkcə jurnalistikanın deyil, bütövlükdə cəmiyyətin problemi kimi xarakterizə etmək mümkündür. Ona görə də ZMM yarandığı gündən məsələyə diqqət yetirib, bununla bağlı araşdırmalarına ara verməyib.

Nəzəri yanaşsaq, ilk mənbədən informasiya alınması ilə bağlı problem əslində mətbuatın özünün yarandığı gündən var və heç kim iddia edə bilməz ki, ən inkişaf etmiş ölkələrin mediası bundan belə demək mümkünsə, yaxa qurtara bilib. Amma bu, o demək də deyil ki, praktikada özünü doğruldan monitorinqlərin, sorğuların və ictimai rəyə təsir göstərən digər üsulların şəffaf informasiya məkanının formalaşmasına təsirsiz ötüşəcəyi barədə pessimizmə qapılaq. Hər halda əvvəlki sorğularımızın nəticələri habelə bu günkü tədbirimizdə dövlət qurumları və aparıcı təşkilatların mətbuata işə məsul şəxslərinin iştirakı da bunu deməyə əsas verir.

Qeyd etdiyim kimi, əvvəlki tədbirimizdə 100 nəfər müxtəlif peşə sahibi və 100 nəfər aparıcı jurnalist, media eksperti arasında da təşkil etdiyimiz rəy sorğularının nəticələri açıqlanmışdı. Layihənin növbəti mərhələsində isə biz ilk mənbədən informasiya alınması ilə bağlı məsələyə dövlət qurumlarının münasibətini öyrənməyə çalışdıq. Bunun üçün ZMM 50 quruma, bunların əksəriyyəti dövlət qurumu olmaqla sorğu anketi ünvanlayıb. Onlardan 46-ı cavablandırılıb və nəticələr aşağıdakı kimidir.

Qeyd edək ki, sorğu anketləri dövlət orqanları, bələdiyyələr, aparıcı səhmdar və özəl qurumların mətbuat xidmətlərinə təqdim edilib.

Öncə sorğunun əhatə dairəsi ilə tanış olaq:


Sorğunun əhatə dairəsi
İştirakçı qurumların sayı
Göstərici (%lə)

1
Mərkəzi dövlət orqanları
29
64,8

2
Regional idarəçilik orqanları
9
17,4

3
Birgə müəssisələr
5
10,7

4
Bələdiyyələr
3
6,6

Bir qədər paradoksal olsa da, respondentlərin «Sizcə, Azərbaycanda ilk mənbədən informasiya alınması ilə bağlı problem varmı?» sualına cavabların böyük əksəriyyəti problemin olmadığını iddia edir. Amma buna göründüyü kimi yanaşmaq düzgün olmaz. İlk növbədə sorğunu cavablandıranların əsasən dövlət və ona yaxın təşkilatların nümayəndələri olmalarına diqqət yetirmək lazımdır. Digər tərəfdən, respondentlərin 56,3 faizi problemin olmadığını iddia edir. 19,7 faiz onun mövcudluğunu bildirir. Maraqlıdır ki, üçüncü nəticə 17,4 faizdir ki, belə düşünənlərin cavabı «deyə bilmərəm» şəklindədir. «Müəyyən qədər» deyənlərin səs faizi 6,6-dır. Göründüyü kimi, 56,3 faiz digər səs faizlərinin ümumi cəmindən cəmi 12.6 faiz çoxdur ki, bu da istər-istəməz problemin hansısa formada mövcudluğunu sübut edir. Sadəcə cavabların belə desək, diplomatikliyi «xeyr» deyənlərin səs faizini artırır.

1) 5
Xeyr

18

56,3 %

2) 5
Bəli

15

19,7 %

3) 5 Müəyyən qədər
3

6,6 %

4) 5 Deyə bilmərəm
7

17,4 %

Sorğudakı ikinci suala – «Mövcud problemin səbəblərini nədə görürsünüz? (4 daha məqbul saydığınız variantı göstərə bilərsiniz)?» respondentlər aşağıdakı kimi cavab verib.

– 5
İnformasiya mənbəyi daşıyıcısı rolunda çıxış edən şəxslərin (dövlət məmurları və qulluqçularının) işlərinə məsuliyyətsiz yanaşmalarında – 3 resp.

– 5
İnformasiya daşıyıcısı rolunda çıxış edən şəxslərin səriştəsizliyi, bununla bağlı praktikanın onlar tərəfindən lazımınca mənimsənilməməsində – 9 resp.

– 5
mətbuat xidməti insititutunun tam surətdə formalaşmamasında – 9 resp.

– 5
İnformasiya daşıyıcısı rolunda çıxış edən şəxslərlə işləyən media
nümayəndələrinin qeyri-peşəkarlığında – 15 resp.

– 5
Jurnalistlərin ixtisaslaşma dərəcəsinin zəifliyində – 17 resp.

– 5
Jurnalistikanın siyasiləşməsində – 19 resp.

– 5
İlk mənbədən informasiya alınması ilə bağlı qanunvericiliyin təkmil və işlək olmamasında – 9 resp.

– 5
İlk mənbədən alınan informasiyalara cəmiyyətdə ictimai marağın azlığında – 17 resp.

Başqa səbəblər – Mətbuat xidmətinə təşkilat rəhbərlərinin 5-ci dərəcəli qurum kimi baxmaları

«Sizcə, ilk mənbədən informasiya alınması ilə bağlı vəziyyəti daha da yaxşılaşdırmaq üçün hansı tədbirlər həyata keçirmək önəmli olardı (3 daha məqbul saydığınız variantı göstərə bilərsiniz)?» sualını respondentlər aşağıdakı kimi cavablandırıblar.

– 5
Dövlət orqanlarının informasiya siyasətini müəyyənləşdirən qaydaların təkmilləşdirilməsi – 15 resp.

– 5
İlk mənbə rolunda çıxış edən şəxslər arasında maarifləndirmə
İşlərininaparılması – 12 resp.

– 5
KİV əməkdaşları arasında maarifləndirmə işlərinin
bir qədər də genişləndirilməsi -24 resp.

– 5
Cəmiyyətdə ilk mənbədən informasiya alınmasının zəruriliyi ilə bağlı
maarifləndirmə işlərinin daha da artırılması – 17 resp.

– 5
İlk mənbədən informasiya alınması ilə bağlı
hüquqi aktların təkmilləşdirilməsi – 9 resp.

– 5
Dövlət qurumlarına məxsus veb-səhifələrindəki məlumatların yeniləşdirilməsi və
dolğunlaşdırılması prosesinin gücləndirilməsi – 27 resp.

Başqa səbəblərlə – İlk mənbədən alınan məlumatların qəzet redaktorları tərəfindən qiymətləndirilməməsi məsələyə marağı azaldır.

1 respondet isə sorğunun bu bölümündəki bütün bəndlərin vacibliyini vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zərdabi Mətbuat Mərkəzinə ünvanladığı cavabda bildirilir ki, ZMM gələcəkdə jurnalistlərin sahələr üzrə bilgi əldə etmələri üçün onlara üzərilərində çalışmaq imkanı verən kurslar təşkil etməklə əhaliyə keyfiyyətli məlumatların çatdırılmasında kömək göstərərdi. ETSN eyni zamanda hesab edir ki, mətbuat xidmətlərinin təcrübə mübadiləsini bölüşmək, onlarla jurnalistlər arasında konstruktiv əlaqənin yaradılmasının istiqamətlərini müəyyənləşdirmək sahəsində «dəyirmi masa»ların təşkili vacibdir.

Bu günkü tədbirdə Hərbi Prokurorluq «Hərbi terminlər» kitabını jurnalistlərə təqdim edir. Həm də «Həftə-Nedelya» qəzeti mətbuat xidmətlərinin nümayəndələri üçün də öz hədiyyəsi var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV