Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun www.sdf.gov.az ünvanlı İnternet saytı yeni qurulduğu üçün bir çox sahələr boşdur. Amma saytın texniki imkanları elə vəziyyətdədir ki, gərəkli sahələr doldurularsa, sayt çox zəngin təsir bağışlayar. Bundan başqa, saytın onlayn yazışma forması, qrant layihələri, müsabiqələrlə bağlı ətraflı məlumat verilir. Saytda bəzi bilgilərin olmaması da diqqətdən qaçmır. Məsələn, qurumun tarixi üç dildə hazırlıq ərəfəsindədir. Lakin hələ tam hazırlanmayıb bitməyib. Qurumun rəhbəri haqda bioqrafik məlumat, onun müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda məlmatlar yoxdur. Qurumun büdcəsi haqqında məlumatlar verilmir. Bundan başqa, qurumun saytında işə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar, sahə işçilərinin əmək haqları, rəhbər işçilərin tarif stavkası, quruma gəlmək üçün ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurumun tarixi ilə bağlı səhifə hazırlıq ərəfəsindədir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında isə heç bir məlumat təqdim edilmir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları (onlayn formanın olmamasını nəzərə almasaq) təqdim edilmir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər də yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunmur.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ətraflı məlumatlar təqdim olunmamışdır. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Digər bilgilərə isə rast gəlinmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə bütün bilgilər təqdim edilir. Tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri barədə məlumatlar təqdim edilir.
12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları sırasında abunə imkanı da olsaydı yaxşı olardı. Əks əlaqə üçün onlayn forma və sosial şəbəkələrdə aktiv səhifəsinin olması qurumun vətəndaş cəmiyyətinə açıqlığının göstəricidir. Lakin axtarış sisteminə rast gəlmədik.