Azərbaycan Respublikasının Tarif Şurasının rəsmi İnternet resursu: www.tariffcouncil.gov.az ünvanlı İnternet saytı, ziyarətçi üçün bir çox bölmələrin boş olması ilə yadda qalıb. Tövsiyə olunur ki, sayt internet resurslarının qaydalarına uyğun olaraq qurulsun. Boş bölmələr doldurulsun. Bütün bunları nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayıla bilər. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat
haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında isə digər çatışmayan bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərin, əks əlaqə imkanlarının da təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Qaynar xəttin mövcudluğu, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar təqdim olunur. Buna görə əlavə tövsiyəyə gərək duyulmur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edilməlidir.
11. Tender və yarışmaların keçirilməsi elanları, qaydaları və nəticələri ilə bağlı bilgilər təqdim olunmur. Buna görə də tövsiyə olunur ki, bölmə doldurulsun.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.
13. Saytın texniki imkanları sırasında abunə imkanı mövcuddur. Lakin qurumun sosial şəbəkələrdə səhifələrinin olmaması diqqətdən qaçmır. Bu da əlavə olunsaydı yaxşı olardı.