Azərbaycan Respublikası Tarif Şurasının www.tariffcouncil.gov.az ünvanlı İnternet saytı bir çox bölmələr üzrə boşdur. Saytın onlayn yazışma forması, işə qəbul norma və qaydaları, qurumun yerləşdiyi ünvan, qurumun tarixi, rəhbərlik və kollegiya, qurumun alt bölümləri və regional strukturu, onlayn müraciət forması olsa da, qurumun saytında çoxlu bölmələr boşdur. Məsələn, qurumun rəhbəri haqda bioqrafik məlumat, onun müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda bioqrafik məlmatlara rast gəlinmir. Qurumun büdcəsi haqqında heç bir məlumat verilmir. Qurumun marşrut və sxemi, quruma gəlmək üçün ictimai nəqliyyat, alt qurum və regional struktur bölmələrin rəhbərləri haqda məlumatlar, struktur bölmələrin ünvanları, əsas rəhbərin bioqrafiyası, rəhbər işçilərin tarif stavkası, vətəndaşların qəbul norma və qaydaları, tender elanları barədə bilgilərə rast gəlinmir. Tarif Şurasının saytı internet resurslarının standartlarına uyğunlaşdırılmalıdır. Saytda verilən natamam bilgilər dolğunlaşdırılmalı, boş bölmələr qalmamalıdır. Qurumun sosial şəbəkələrdə səhifələrinin hazırlanması gərəklidir. Mətbuat üçün açıqlamalar bölməsindəki məlumatlar qeyri-operativliyi ilə diqqəti cəlb edir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla bilər.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında isə heç bir məlumat təqdim edilmir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları natamam təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun norma və qaydaları barədə natamam bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunur.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar təqdim olunmur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əks etdirilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir bilgi göstərilmir. Tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri təqdim edilmir, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.
12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları sırasında abunə imkanı var. Əks əlaqə üçün onlayn forma da var. Lakin sosial şəbəkələrdə səhifələrinin olmaması diqqətdən qaçmır.