Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidentinin www.president.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikasının Prezidentinin www.president.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

 

Azərbaycan Respublikasının  Prezidentinin www.president.gov.az ünvanlı İnternet saytı yuxarıda da qeyd etdiyimiz kimi, əvvəlki illərlə müqayisədə xeyli irəli gedib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Saytda respublika üzrə bütün mərkəzi və icra hakimiyyəti orqanlarının internet resurslarına keçid mümkündür. Saytda bir çox bölmələr üzrə dolğun bilgilər verilir. Bununla belə, saytda bəzi atışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik: 

1. Qurum ilə bağlı informasiyalar yetərli sayıla bilər. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.

3. Qurumun strukturu haqqında heç bir  çatışmayan bilgi yoxdur. Bunun üçün də əlavə  tövsiyəyə ehtiyac duyulmur.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilər, əks əlaqə imkanları da təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir.  Onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edildiyi üçün əlavə tövsiyyəyə ehtiyac duyulmur. Yalnız Qaynar xətt də mövcud olsaydı yaxşı olardı.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar təqdim olunmur.  Buna görə də bölmənin dolğunlaşdırılmasına ehtiyac var.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edildiyi üçün burada da əlavə tövsiyə verilmir.

11. Tender və yarışmaların keçirilməsi elanları, qaydaları və nəticələri ilə bağlı bilgilər təqdim olunmur. Burada da tövsiyə olunur ki, sahə barədə məlumatlar təqdim olunsun.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər də əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.

13. Saytın texniki imkanları sırasında abunə imkanının və sosial şəbəkələrdə aktiv səhifələrinin mövcud olması da diqqətdən qaçmır. Bu sahədə də əlavə heç bir tövsiyə verilmir.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV