Azərbaycan Respublikası Azərenerji ASC-nin www.azerenerji.gov.az ünvanlı İnternet saytı açılanda normal görünsə də, saytın daxilində bir çox bölmələr boşdur. Qurumun tarixi haqda verilən məlumatlar yetərli sayıla bilər. Quruma gəlmək üçün marşrut sxemi, ictimai nəqliyyat haqqında heç bir bilgi verilmir. Qurumun büdcəsi, büdcədənkənar daxilolmalar, rəhbər işçilərin tarif stavkası, tender elanları, nəticələri, sosial şəbəkələrdə səhifələri mövcud deyildir. Qurumun e-xidmətlər bölümü və onlayn yazışma forması da təqdim edilmişdir. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Qurumun rəhbəri, onun müavinləri haqda bioqrafik məlumat yoxdur, aparat, kollegiya və struktur rəhbərləri haqda da məlmatlar təqdim olunmur. Quruma işə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar barədə məlumatlar təqdim edilməyən məlumatlardandır. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla bilər.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunur. Digər bilgilər də (aparat, strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar) da təqdim edilir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilmir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər də göstərilmir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun norma və qaydaları barədə ətraflı bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də saytda əks olunmur.
9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar təqdim olunmuşdur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar barədə heç bir bilgi təqdim edilmir. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.
12. Növbəti təqdim edilməyən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları sırasında abunə imkanı da olsaydı yaxşı olardı. Qurumun sosial şəbəkələrdə saxta profilli səhifəsinin olması da diqqətdən qaçmır.