Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikası Azərenerji ASC-nin www.azerenerji.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikası Azərenerji ASC-nin www.azerenerji.gov.az  domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Azərenerji ASC-nin www.azerenerji.gov.az  ünvanlı İnternet saytı  bir çox bölmələrin boş olması ilə ziyarətçinin yadında qalır. Yəni, ziyarətçi qurumun saytına daxil olduqda bu sahə ilə bağlı bütün suallarına cavab tapmaq istəyir. Lakin təəssüf ki, bu heç də bütün saytlarda mümkün olmur. Azərenerji ASC-nin saytı da belə tam məlumat verməyən saytlardan olduğu üçün tövsiyyə edirik ki, heç olmasa qurumun saytı standartlara cavab versin. Məsələn, saytda qurumun ünvanının göstərilməməsi, əsas rəhbərin barəsində bioqrafik bilgilərin olmaması, quruma gəlmək üçün ictimai nəqliyyatın göstərilməməsi, qurumun alt qurum və regional bölmələrinin ünvanları, əlaqə vasitələri təqdim olunmur. Azərenerjiyə işə qəbul norma və qaydaları, boş iş yerlərinin elanları, rəhbər işçilərin tarif stavkası, sahə işçilərinin əmək haqları, tender elanları, daxili norma yaratma fəaliyyəti, sosial mediadan istifadə qaydaları barədə məlumatlar da əks olunmur. Yaxşı olardı ki, çatışmayan bu bilgilər saytda yer alsın. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı informasiyalar yetərli təqdim edilmişdir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsinə gərək duyulur.

3. Qurumun strukturu, alt bölmələri və regional strukturu haqda məlumatların saytda yer almasına gərək var.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, əsas rəhbər, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərin də təqdim edilməsinə ehtiyac var.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir.  Qaynar xəttin mövcudluğu, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar təqdim olunmur.  Tövsiyə olunur ki, bu sahə də dolğunlaşdırılsın.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edilmişdir. Buna görə əlavə tövsiyəyə ehtiyac yoxdur.

11. Tender və yarışmaların keçirilməsi elanları, qaydaları və nəticələri ilə bağlı bilgilər təqdim olunmur. Bu üzdən də tövsiyə olunur ki, bu məlumatlar da əks olunsun.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də əks etdirilsəydi yaxşı olardı.

13. Saytın texniki imkanları sırasına  abunə imkanının və sosial şəbəkələrdə səhifələrinin olmasına da lüzum duyulur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV