Thursday 21st November 2024,

Xəbərlər

Ξ Leave a comment

UNİVERSİTETLƏRİN İNTERNET SAYTI BƏRBAD VƏZİYYƏTDƏDİR

posted by

UNİVERSİTETLƏRİN İNTERNET SAYTI BƏRBAD VƏZİYYƏTDƏDİR

Təhsil müəssisələrinin internet səhifələrin,n vəziyyəti heç də ürəkaçan deyil. Təhsil müəssisələrinin əksəriyyətinin internet səhifələrində dünya elminin yenilikləriylə bağlı məlumat almaq demək olar ki, mümkünsüzdür. Jurnalist diliylə desək, saytlardakı informasiya yükü azdır.

Məsələn Bakı Dövlət Universitetinin (BDU) internet saytında (www.bsu.az) "Xəbərlər" bölməsi gec-gec yenilənir. Bəlkə də məhz bu səbəbdən bəzi informasiyaların altında ümumiyyətlə, tarix qoymurlar. Yəqin belədə qüsurları gizləmək daha asan olur. Məsələn, akademik Cəlal Əliyevin Moskvada çap olunmuş "Dağlıq Qarabağ bizim canımız, qanımızdır (tarixi replika)" kitabının təqdimat mərasimi ilə bağlı xəbər oxucuda sual yaradır: bu təqdimat mərasimi nə zaman keçirilib?

Eyni zamanda universitetin saytındakı bu və digər məlumatlardan Azərbaycan təhsilinin siyasiləşdiyi təsəvvürü yaranır. "Xəbərlər" bölməsində yer alan "Turan Əliyev kimdi və ya tələbə siyasi alət rolunda" adlı yazıya diqqət yetirək. Bu məsələnin tamam başqa tərəfidir ki, xəbər kimi oxucuya sırınan sözügedən məqalə əslində informasiya deyil, şərhdir. Biz başqa məqamın üzərində dayanmaq istəyirik ki, bu da universitet rəhbərliyinin siyasi baxışlarına görə tələbələrə təzyiq göstərməsi ilə bağlıdır. Sayta yerləşdirilən məqalənin başlığına nəzər yetirmək kifayətdir ki, universitetdə nələrin yaşandığını dərk edəsən.

ADNA-nın cəmi iki fəxri məzunu var?

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) saytı (www.adna.baku.az) görünüşcə çox rəngarəngdir. İlk baxışdan belə bir təəssürat yaranır ki, internet səhifəsi beynəlxalq standartlara uyğun gəlir. Maraqlı detallardan biri də bu internet portalının yuxarı küncündə təqvimin göstərilməməsiylə bağlıdır. Səhifəylə yaxından tanışlıq zamanı ilk təəssüratın aldadıcı olması fikri təsdiqini tapır.

Saytın "Tələbə həyatı" bölməsindəki məlumatlar rəsmiliyi ilə fərqlənir. Amma burada da istifadəçini təəccübləndirəcək məqamlar az deyil. Məsələn, "Xəbərlər, hadisələr" blokunda tələbələrin Milli Dirçəliş Gününə həsr olunmuş 52-ci elmi konfransından yalnız şəkillər yerləşdirilib. Tədbirlə bağlı heç bir məlumat verilməyib. Fotoşəkilləri isə iki qrupa ayırıblar – "Konfransdan əvvəl" və "Konfransdan sonra". Sadəcə aydınlaşdırmaq olmur ki, hansı şəkil tədbirdən əvvəl, hansı şəkil isə tədbirdən sonra çəkilib. Çünki hər iki bölmədə yer alan şəkillər tədbirin gedişini əks etdirir.

Təəccüblü məqam həm də ondan ibarətdir ki, noyabrın 17-də keçirilən konfransla bağlı məlumat "Son xəbərlər" bölməsində yer alıb. Belə çıxır ki, sözügedən tarixdən sonra ADNA-da ya yeni heç nə baş verməyib, ya da baş verən hadisə sayta yerləşdirilməyib.

ADNA-nın internet portalında ingilis dilindən də istifadə olunub. Məsələn, akademiyanın strukturuyla bağlı məlumat (daha doğrusu, cədvəl) məhz bu dildə təqdim edilib. Fakültələrlə bağlı ətraflı məlumatların verilməsi də təqdirolunan haldır. Amma "ADNA-nın fəxri" bölməsində cəmi iki nəfərin "Azərneftyağ" İstehsalat Birliyinin direktoru Ramiz Mirzəyevin "ETİP-Neft"-nin direktoru Ülvi Mextiyevin (?-red.) adları qeyd olunub. Bu isə akademiyanın digər tanınmış məzunlarına qarşı ən azı insafsızlıqdır. Çünki Azərbaycanın sabiq prezidentlərindən Ayaz Mütəllibov, ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə və başqaları da indiki ADNA-nın məzunları olublar. Məgər Anqolanın və Bolqarıstanın prezidentlərinin də bu təhsil müəssisəsini bitirmələri bizim üçün qürurverici hal deyilmi?

Azərbaycan İqtisad Universitetinin (AİU) saytı (www.aseu.az) yeni ilin gəlişindən xəbər verən qar dənəcikləriylə bəzədilib. Amma içəridə yer alan bölmələrlə tanış olanda bu dekorativ mənzərənin yaratdığı xoş ovqat anındaca yoxa çıxır. Saytda "ADİU-nun "Yeni İqtisadi Təhsil Modeli"", "Tələbə qəbulu", "Elm", "Kitabxanalar", "Tələbə həyatı", "Beynəlxalq əlaqələr", "ADİU-nun informasiya sistemi", "Azərbaycanda Bolonya sistemi" bölmələrinə keçid qoyulmayıb. Yəni blokların yalnız adı var. Elə "Qayıbları yoxla", "Sessiyanı yoxla", "Qaliblər" bölməsindən də heç bir məlumat almaq mümkün deyil. Bundan başqa, "Tələbə həyatı" blokunda bir sıra yarımbölmələr ("Tələbə elmi cəmiyyəti", "İdman", "Müsabiqələr, yarışlar", "Xaricdə təhsil", "Tələbələrin beynəlxalq əlaqələri", "İşədüzəlmə mərkəzi", "Məzunlar", "Tələbə Gənclər Hərəkatı") yer alsa da, onların içərisində yalnız "İrəli" Gənclər Hərəkatının saytına keçid verilib. Məlum olduğu kimi, Dalğa Gənclər Hərəkatının da təməli İqtisad Universitetində qoyulub. Sayt tərtibatçılarının bu faktı kənarda saxlayıb, yalnız "İrəli" haqqında məlumatlar verməsi onların qeyri-obyektivliyinin göstəricisidir.

Dövlət Prezidenti yanında İdarəçilik Akademiyasının saytından (www.dia.iatp.az) sözügedən təhsil müəssisəsi haqqında ətraflı məlumat almaq mümkün deyil. Halbuki akademiyanın rektoru Seyfəddin Qəndilov barədə informasiya həddən artıq genişdir – 6300 word sənədi işarəsi. "Seyfəddin Qəndilov həm də nümunəvi ailə başçısıdır. Alimin ailə üzvləri respublikamızda müxtəlif sahələr üzrə tanınmış mütəxəssisdirlər" abzasının isə akademiyanın təqdimatında nə qədər önəm daşımasını müəyyənləşdirməyi istifadəçinin öhdəsinə buraxırıq. Qoy o desin, Seyfəddin Qəndilovun nümunəvi ailə başçısı olması onun həm də akademiyaya nümunəvi rəhbərlik etməsindən xəbər verirmi?

Adında birinci söz “Azərbaycan” olan Azərbaycan Texniki Universitetinin saytının (www.aztu.az) Azərbaycan versiyasıyla tanışlıq bizə qismət olmadı. Saytın rus və ingilis variantı isə normal fəaliyyət göstərir.

Göründüyü kimi, telekommunikasiya əsrində Azərbaycan universitetlərinin saytları informasiya dövrünün ilkin mərhələsində qalıb. Bu saytlardan önəmli hadisələrdən çox, şəxslər boylanır. Şəxsiyyətə pərəstişin virtual dünyanı belə inhisara alması xoş perspektivdən xəbər vermir. Ümid edirik ki, universitet rəhbərləri, o cümlədən, sayt tərtibatçıları dünyanın informasiya müharibəsi erasına qədəm qoyduğunu nəzərə almaqla yanaşı, həm də bu müharibədə strateji əhəmiyyət daşıyan yüksəklikləri fəth edəcəklər.

alma qəzeti
07.01.2007

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV