Tələbələr şikayətlərini elektron poçtla da göndərə bilərlər
Təhsil naziri Misir Mərdanov 2006-2007-ci tədris ilinin qış imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə əmr imzalayıb.
Həmin əmrə əsasən Təhsil Nazirliyində “Qaynar xətt” yaradılıb. Eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə rəhbərlik etdiyi təhsil ocağında “Mərkəzi Operativ Qərargah” ın yaradılması, qərargaha daxil olmuş məlumatların operativ olaraq nazirliyin “Qaynar xətt”inə təqdim olunması və bununla bağlı digər məsələlər barədə ciddi tapşırıqlar verilib.
“Qaynar xətt”ə, habelə, təhsil sisteminin bütün sahələri ilə bağlı baş verə biləcək neqativ hallar barədə də məlumat verilə bilər.
Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt”lə aşağıdakı telefon və elektron poçt vasitəsilə əlaqə yaratmaq mümkündür.
Tel: 496-37-61, 496-34-82
Elektron poçt: office @ edu.gov.az