Thursday 21st November 2024,

Xəbərlər

Ξ Leave a comment

Bir sıra Azərbaycan dilli saytlara Azərbaycan ərazisindən giriş qapadılıb.

posted by

10.01.2007
Mətbuat  üçün
 

Azərbaycan İnternet Forumunun
açıqlaması

 

   AIF təəssüflə bildirir ki, ötən gündən  etibarən bir  sıra  Azərbaycan dilli  saytlara  Azərbaycan  ərazisindən  giriş  qapadılıb. Hazırda  Azərbaycanın bütün İnternet trafikinə nəzarət  edən AzərSat  şirkəti www.tinsohbeti.comwww.susmayaq.biz Internet saytlarının İP  ünvanlarına  qanunsuz blokirovka  qoyaraq, Azərbaycan İnternet  seqmentindən  giriş yasaqlanıb. Provayderlər  bu hadisədən xəbərsiz olduqlarını  bildiriblər. Qeyd olunan  saytlara  digər  ölkələrin ərazisindən  giriş  sərbəstdir.

    AİF  bildirir ki,  son bir  neçə ildə, xüsusən 2002-ci ildə Azərbaycan “İnternetin  düşməni”  elan  edildikdən  sonra Azərbaycan İnternetində  ciddi  keyfiyyət  və kəmiyyət  dəyişiklikləri  baş  vermişdir. Bu  müddət  ərzində  birbaşa  dövlətin  dəstəyi ilə  AzNet-in  inkişafı istiqamətində  böyük layihələr  həyata  keçirilmiş, qiymətlər  xeyli  endirilmiş, milli internet  resurslarının inkişafında  kəskin  dönüş  əmələ  gəlmişdir. Azərbaycan İnternetində  ali  hakimiyyət  səviyyəsində heç bir  siyasi, ideoloji  və texnoloji  senzura tətbiq  edilməmişdir.

   Lakin təəssüf ki, son yarım ildə oxşar  hadisələr   bir  neçə  dəfə  baş  vermişdir. AİF  hansısa  şirkət  və   dövlət  məmuru  səviyyəsində  baş  verən bu özbaşınalığı,  qanunsuzluğu, məhkəmənin  qərarı olmadan  hər  hansı İnformasiya  resursunun  qapadılmasını qətiyyətlə pisləyir və həmin şəxslərin dərhal məsuliyyətə cəlb edilməsini tələb edir.

   Xeyli vaxtdan bəri ara verilən bu qanunsuz addımların  yenidən işə  salınması  Azərbaycan hökumətinə başucalığı gətirmir. AİF  bir daha Azərbaycan  hökumətini , Rabitə  və İnformasiya Texnologiyaları  Nazirliyini İnternet  sahəsində inhisarçılığa  son qoymağa  çağırır. Baş  verənlərin hazırda İKT sahəsində əldə olunan  ciddi uğurlara zərbə  vuracağı  şübhəsizdir. 

   AİF  xatırladır ki, dövlət  məmurları və özəl  qurumlar  tərəfindən məhkəmənin qərarı olmadan gerçəkləşdirilən  bu kimi  hərəkətlər sonda  Azərbaycanın  beynəlxalq imicini  ciddi  zərbə altında  qoya  bilər.

   AİF bütün bunları söz və informasiya azadlığı, habelə, informasiya mübadiləsi sahəsində ölkə konstitusiyasının tələblərinin  və beynəlxalq hüquq normalarının pozulması  hesab edir, bu cür halların qarşısının alınmasını tələb edir.

   AİF  bəyan edir ki, hazırda ölkədə hüquqi dövlət quruculuğu prosesi gedir.  Odur ki, vəzifəsindən asılı olmayaraq hər bir şəxs yalnız qanunlara tabe olmalı, hüququn üstünlüyü prinsipini hər kəs qorumalı və hansısa informasiyanın qanuna zidd olub-olmamasını müəyyənləşdirmək  üçün məhkəməyə  müraciət etməlidir.

     

AİF

Tel :    492-44-44

Veb:   http:/// www.cit.az

Email: info@cit.az

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV