Regional innovasiya zonalarının yaradılması haqqında təkliflər paketi 2007-ci ilin martında Milli Məclisə və Nazirlər Kabinetinə təqdim olunacaq. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, əgər layihə Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilərsə, 2015-2020-ci illərdə bu sahədən əldə edilən gəlirin məbləği neft sektoru ilə eyni olacaq. Elektron hökumətin yaradılması bağlı Dünya Bankı və Koreya hökuməti tərəfindən güzəştli kreditin ayrılacağını deyən nazir gözlənilən kreditlərin məbləğinin 60 milyon ABŞ dolları olacağını güman etdiyini bildirib: “Ekspertlər qrupu bununla bağlı işləyir və öz araşdırmalarını aparır. ABŞ İnkişaf Agentliyi də ekspert yardımlarını göstərir. Bu sahədə beynəlxalq qurumlar da Azərbaycana yardım etməyə maraqlıdır”. Ə. Abbasov 2007-ci ildə bəzi rabitə xidmətlərinin tariflərinin aşağı salınması ilə bağlı təkliflərlə çıxış edəcəklərini də deyib.
“Web-dizayn” qrupu
Mənbə: RİTN mətbuat xidməti