Ədalət naminə demək lazımdır ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnternet saytı olduqca zəngin və dolğundur. Burada nazirlə və ayrı-ayrı vəzifəli şəxslərlə əlaqə saxlamaq, eləcə də nazirə təklif, ərizə və şikayətlə müraciət etmək üçün onlayn imkanlar vardır. Yalnız bir halı qüsurlu saymaq olar ki, bu da sual-cavab bölməsində sualların yalnız e-poçtla ünvanlanması tələbidir. Halbuki bunu da onlayn formayla həyata keçirmək olardı. Onu da qeyd edək ki, nazirliyin bütün müvafiq idarələrinin telefonları və e-ünvanları saytda göstərilib. Ancaq rayon və şəhərlərdə yerləşən qurumlarla əlaqə imkanları nəzərə çarpmır.
• Xəbərlər: dünya xəbərləri, respublika xəbərləri, rabitə xəbərləri, rabitə dünyası, texnologiya yenilikləri, xəbərlərin arxivi, mətbuatda yazırlar
• Hüquqi sənədlər: qanunlar, qərarlar, əsasnamə, fərman və sərəncamlar, qaydalar, programlar, sairə
• Nazirlik haqqında: nazirliyin tarixi, rəhbərlik, struktur, qurumlar, kollegiya (ümumi məlumat, sədr, kollegiya üzvləri, kollegiyanın iş planı, kollegiya qərarları), elmi-texniki şura (ümumi məlumat, elmi-texniki şura, qərarlar), rabitə muzeyi, mətbu organı, nazirliyin fəaliyyət sahələri (poçt rabitəsi, elektrik rabitəsi, radio, TV və peyk rabitəsi, informasiya texnologiyası, sertifkatlaşdırma, lisneziya, beynəlxalq rabitə, İnternet, mətbuat yayımı), beynəlxalq əlaqələr (Ümumdünya Poçt İttifaqı (ÜPİ), Beynəlxalq Telekomunikasiya İttifaqı (ITU), Rabitə sahəsində regional əməkdaşlıq birliyi (RSS), Beynəlxalq peyk və kosmik rabitə təşkilatları, CEPT, ETSI, European Union, NATO)
• Dövlət komissiyası: radiotezliklər üzrə dövlət komissiyası, milli radio və TV şurası
• Tariflər: ümumi tariflər, poçt tarifləri, telegraf tarifləri, telefon tarifləri, İnternet tarifləri, geniş zolaqlı rabitə xidməti, şəhərlərarası və beynəlxalq danışıq tarifləri, radio, TV və peyk tarifləri, tezliklərin tarifləri, "109" və "012109" sorğu xidmətləri
• Statistika: maliyyə göstəriciləri, statistik göstəricilər, prezentasiyalar
• Layihələr: investisiya mühiti, tenderlər (konkurs barədə məlumat, konkurs elanı, konkursun nəticələri), layihələr
• Xidmətlər: poçt xidməti, telegraf xidməti, telefon xidməti, İnternet xidməti, radio, TV və peyk xidməti, radio tezliklər xidməti, geniş zolaqlı rabitə xidməti, sorğu-məlumat xidmətləri, xüsusi rabitə xidmətləri, servis xidmətləri, TAE
• Arayış: rəsmi sənədlər (əmrlər, rəhbər sənədlər, sairə, tədbirlər planı), ədəbiyyat, indekslər, telefon axtarış sistemi, ŞAB kodları, terminlər lüğəti
• Digər: kadr siyasəti və tədris müəssisəsi, təbriklər, elanlar, fotogalereya, səhifənin xəritəsi, növbətçi telefonlar, linklər
• Sual-cavab: e-poçtla sual ünvanlamaq üçün
• Tədbirlər: global İKT konfransı 2004 (konfransın rəsmi veb səhifəsi, xronika), Tunis sammiti, konfranslar, sərgilər, seminarlar, mərasimlər, müşavirələr, qəbullar, görüşlər, müsahibələr
Son olaraq onu da qeyd edək ki, arxivlə işləmək daha təkmilləşmiş formada ola bilərdi. Bir də ana səhifədə axtarış qutusu yerləşdirməyə ehtiyac var.