QƏRARDAD
Iiddianın yol verilməzliyinə görə ərizəni qəbul etməkdən imtina barədə
Mən, Səbail rayon məhkəməsinin hakimi Yusif Əli oğlu Kərimov, iddiaçı Müşviq Tahirovun cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin Aparatına qarşı informasiya əldə etmək hüququnun təmin edilməsinə dair iddia ərizəsinə 28 noyabr 2006-cı il tarixdə, Bakı şəhərində baxaraq,
MÜƏYYƏN ETDİM;
İddiaçı Müşviq Tahirov cavabdeh Azərbaycan Respublikası Milli Məclisin Aparatına qarşı informasiya əldə etmək hüququnun təmin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Hesab edirəm ki, ərizəyə məhkəmə qarşısında baxmalı deyildir.
Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 81-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
Azərbaycan Respublikasının Konstitusiyasının 92-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır…
Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinin 31-ci maddəsinin birinci və on birinci hissələrinə əsasən Milli Məclisin Aparatının rəhbər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir.
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2000-ci il tarixli Fərmanına əsasən MPM-nin 296.1.,297.,299.,300.-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimi orqanları”nın səlahiyyətlərini nazirliklər, digər mərkəzi və yerli icra hakimi orqanları həyata keçirirlər.
Göründüyü kimi, Milli Məclisin Orqanları və onların vəzifəli şəxsləri, Azərbaycan Respublikası MPM-nin 27-ci fəslində nəzərdə tutulmuş hərəkətləri və qərarlarından mübahisə edilən orqanlar və vəzifəli şəxslər dairəsinə aid deyil.
Azərbaycan Respublikası MPM-nin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxmalı deyildirsə, hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
Beləliklə hesab edirəm ki, iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir.
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 153.2, 153.2.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub,
QƏRARA ALDIM:
İddiaçı Müşviq Tahirovun cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin Aparatına qarşı informasiya əldə etmək hüququnun təmin edilməsinə dair ərizəsi iddianın yol verilməzliyinə görə qəbul edilməkdə imtina edilsin.
Qərardaddan 10 gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər.
SƏBAİL RAYON MƏHKƏMƏSİNİN HAKİMİ:
ƏSLİ İLƏ DÜZDÜR: YUSİF KƏRİMOV
Təhlil və şərhlər
Səbail rayon məhkəməsinin iddiaçı Müşviq Tahirovun cavabdeh Milli Məclisinin Aparatına qarşı İDDİASI ilə bağlı Q Ə R A R D A D I
posted byQƏRARDAD