SƏBAİL RAYON MƏHKƏMƏSİNƏ
İddiaçılar:
Ələsgər Əhməd oğlu Məmmədli
Rəşid Ramazan oğlu Hacılı
İntiqam Kamil oğlu Əliyev
Osman Mehdi oğlu Gündüz
Ənnağı Bahadur oğlu Hacıbəyli
Leyla Rəşid qızı Mədətova
Səma Nizami qızı Hacıyeva
Nurlana Tofiq qızı Əliyeva
Sadiq Tofiq oğlu Bağırov
Cavabdeh: Azərbaycan Respublikasının Taarif (qiymət) Şurası(ünvan: Bakı şəhəri, AZ0160, Niyazi küçəsi, 23)
İnformasiya əldə etmək hüququnun pozulmasına dair
İDDİA ƏRİZƏSİ
I. Faktlar
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının, № 01 saylı, 6 yanvar 2007-ci il tarixli Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Qərarı ilə 08 yanvar 2007-ci il tarixindən neft məhsullarının Azərbaycan Respublikası ərazisində topdansatış və pərakəndə satış qiymətləri dəyişdirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının eyni tarixli bir başqa qərarı ilə elektrik enerjisinin, habelə su və kanalizasiya xidmətlərinin qiymətlərində və istehlak standartında, nəqliyyatdan istifadə haqqında dəyişiklik edilmişdir.
Tarif Şurasının qərarı və yığıncağının protokolu heç bir mətbu orqanda və rəsmi nəşrdə dərc edilməmiş, yalnız 9 yanvar 2007-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetində “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası olmuşdur” başlıqlı informasiya dərc edilib.
6 yanvar 2007-ci il tarixdə qəbul edilən qərarın 8 yanvar 2007-ci il tarixdən etibarən tətbiq edilməsi və həmin qərarın rəsmi nəşrlərdə dərc edilməməsi, qərarın qəbul edilməsinə dair informasiyanın isə 9 yanvar 2007-ci il tarixli rəsmi nəşrlərdə dərc edilməsi bizim informasiya əldə etmək hüququmuzu pozub.
II. Tələbin hüquqi əsasları
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin I bəndinə əsasən:
“Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır”.
19 iyun 1998-ci ildə qəbul edilən Məlumat azadlığı haqqında Qanunun 1-ci maddəsində bu hüquq bir daha öz əksini tapmışdır.
2005-ci il sentyabr ayında Milli Məclis tərəfindən qəbul edilən və 9 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minən İnformasiya əldə etmək haqqında Qanun insanların informasiya alma hüququnu təmin etmək baxımından bəzi müddəaları özündə ehtiva edir.
Belə ki, Qanunun 6.0.3-cü maddəsi dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi olduğunu göstərir.
Qanunun 10.4-cü maddəsində isə “ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat vermə”, “açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalı” olduğu İnformasiya sahibinin vəzifələrindən olduğu bildirilir.
Qanunun 29.1.25-ci maddəsində informasiya sahibinin vəzifələri arasında “əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər – malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar – şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış”- açıqlamalı olduğu əksini tapıb.
Həmin Qanunun 30.1-ci maddəsində isə, bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaların İnternet informasiya ehtiyatlarında açıqlanmalı olduğu bir daha qeyd edilir.
Qanunun 9.1.1-ci maddəsində informasiya sahibi anlayışına Dövlət orqanlarının daxil olduğu bildirilir və informasiya sahibinə aid tələblərin bütün dövlət orqanlarına şamil olduğu müəyyən edilir.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin 1.1-ci maddəsində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının – dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) xidmət haqlarının, yığımların dövlət tənzimləməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı olduğu bildirilir. Bu baxımdan İnformasiya əldə etmək haqqında Qanunun 9.1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası kollegial icra hakimiyyəti orqanı kimi dövlət orqanıdır və informasiya sahibləri üçün nəzərdə tutulan tələblər bu quruma da şamil edilir.
15 dekabr 1998-ci il tarixli Təbii inhisarlar haqqında Qanunun 10-1-ci maddəsində də Təbii inhisar subyektlərinin informasiyanı öncədən açıqlamaq vəzifəsi olduğu bildirilir.
“Təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlamalıdırlar ".
Təbii inhisarçıların siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarındabəzi sahələrlə yanaşı Yanacaq və energetika sahəsinin, habelə kommunal xidmətləri sahəsinin təbii inhisar sahələri olduğu göstərilir.
Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda 38 adda məhsul və ya xidmətin qiymətinin dövlət tərəfindən tənzimləndiyi göstərilib. Buraya, Elektrik enerjisi, Xam neft və neftdən emal olunan əsas məhsullar, Təbii qaz, Maye qaz, Bütün növ nəqliyyat xidmətləri, yaşayış evlərində liftdən istifadə edilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, çirkab suların axıdılması və s. daxildir.
Ayrıca, Təbii inhisarlar haqqında Qanunun 5-ci maddəsində təbii inhisar subyektlərinin fəaliyyət sahələri göstərilib. Həmin Qanunun 6-cı maddəsində təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi vasitəsi ilə olduğu müəyyən edilib. Maddədə göstərilir ki, təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanları (bundan sonra təbii inhisarları tənzimləyən orqanlar) tərəfindən həyata keçirilir. Taarif (Qiymət) Şurası tərəfindən Əmtəənin qiymətlərinin (tariflərinin) tənzimlənməsi də bu maddədə nəzərdə tutulub.
Təbii inhisar subyektləri özləri ayrıca qiymət müəyyən etmədiklərindən, bütün təbii inhisar subyektləri üçün vahid kollegial icra qurumu olan Taarif Şurası qiymət müəyyən etdiyindən, Şura tərəfindən müəyyən edilən qiymətlər İnformasiya əldə etmək haqqında Qanunun 29.1.25-ci maddəsinə görə, həmin qiymətlər tətbiq edilmədən 30 gün əvvəl ictimaiyyətə bildirilməli və Tarif Şurasının rəsmi internet səhifəsində açıqlanmalı idi. Lakin Tarif Şurası Qanunun tələbinə məhəl qoymayaraq, təbii inhisar subyektlərinin fəaliyyət sahələrindəki mal və xidmətlərə dair yeni qiyməti 6 yanvar 2007-ci ildə müəyyən edib və iki gün sonra 8 yanvar 2007-ci ildə tətbiq olunmasına qərar vermişdir. Üstəlik, qanunun tələbi olan internet informasiya ehtiyatında yaymaq vəzifəsini də icra etməyib.
Beləliklə, bütün cəmiyyətin və o cümlədən biz iddiaçıların təbii inhisarda olan malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış informasiya əldə etmək hüququmuzu və İnformasiya əldə etmək haqqında Qanunun və Təbii inhisar haqqında Qanunun tələblərini pozub.
Taarif Şurasının qərarı səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəd olduğundan Normativ hüquqi aktlar haqqında Qanunun 2.1-ci maddəsinə əsasən, normativ hüquqi aktdır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən:
Normativ hüquqi akt qüvvəyə mindiyi gündən onu qəbul edən orqanın internet informasiya ehtiyatında açıqlanmalıdır.
Tarif Şurası isə hələ də bu qərarı öz internet informasiya ehtiyatında açıqlamayıb və nəticədə bu Qanunun tələbləri pozulub.
Ayrıca, Tarif (qiymət) Şurası 2007-ci il 06 yanvar tarixli qərarında Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il 06 yanvar tarixli, 1 nömrəli qərarına istinad edib.
Normativ hüquqi aktlar haqqında Qanunun 41.1-ci maddəsinə əsasən:
“Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, onların özündə başqa müddət nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir”.
Nazirlər Kabinetinin yeni qəbul edilən və dərc edilmədiyi üçün hüquqi qüvvəyə minməyən qərarına Tarif (qiymət) Şurasının həmin gün tarixli (6 yanvar 2007-ci il) qərarında istinad etməsi ciddi hüquqi pozuntudur.
İnformasiya əldə etmək haqqında Qanunda onun məqsədi göstərilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir”.
İnformasiya əldə etmək haqqında Qanunu 11.2-ci maddəsinə əsasən:
“…informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar”.
Konstitusiyanını 60-cı maddəsinə görə,
“ Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər”.
İnformasiya əldə etmək haqqında Qanunun 6-cı maddəsinə görə, informasiya əldə olunmasının əsas prinsiplərindən biri də “informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi”dir.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən:
“Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 6 yanvar 2007-ci il tarixdə qəbul etdiyi Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Qərarı, habelə, elektrik enerjisinin, habelə su və kanalizasiya xidmətlərinin qiymətlərində və istehlak standartında, nəqliyyatdan istifadə haqqında dəyişiklik nəzərdə tutan Qərarında həmin qiymətlərin 8 yanvar 2007-ci il tarixində qüvvəyə mindiyini elan etməsi ictimaiyyətə açıq olması zəruri olan və təbii inhisar subyekti olduğundan tətbiq edilməsindən 30 gün öncə ictimaiyyətə təqdim edilməli olan informasiyanı İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq açıqlamamış və bizim hər birimizin informasiya əldə etmək hüququmuzu pozmuşdur.
III. Tələblərimiz
Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150, 285-288, 296-300-cü maddələrini rəhbər tutaraq,
xahiş edirik:
İnsan hüquq və azadlıqlarından olan, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində tənzimlənən məlumat azadlığını, o cümlədən İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən maddələri ilə təminat altına alınan informasiya əldə etmək hüququmuzu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 6 yanvar 2007-ci il tarixdə qəbul etdiyi Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Qərarın, habelə, elektrik enerjisinin, habelə su və kanalizasiya xidmətlərinin qiymətlərində və istehlak standartında, nəqliyyatdan istifadə haqqında dəyişiklik nəzərdə tutan Qərarının 2007-ci il 8 yanvar tarixdən qüvvəyə minməsini nəzərdə tutan müddəanın ləğv edilməsi barədə qətnamə çıxarasınız.
IV. Vəsatətlərimiz
Məhkəmə və vəkil xərclərimizin cavabdehdən tutularaq iddiaçılara ödənilməsini təmin edəsiniz.
V. Əlavə edilən sənədlər
1. İddia ərizənin surəti – 2 nüsxə;
2. Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının, № 01 saylı, 6 yanvar 2007-ci il tarixli Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Qərarı.
24 yanvar 2007-ci il
İddiaçılar:
Ələsgər Əhməd oğlu Məmmədli
Rəşid Ramazan oğlu Hacılı
İntiqam Kamil oğlu Əliyev
Osman Mehdi oğlu Gündüz
Ənnağı Bahadur oğlu Hacıbəyli
Leyla Rəşid qızı Mədətova
Səma Nizami qızı
Nurlana Tofiq qızı Əliyeva
Sadiq Tofiq oğlu Bağırov
Təhlil və şərhlər
İnformasiya əldə etmək hüququnun pozulmasına dair IDDIA ƏRİZƏSİ
posted bySƏBAİL RAYON MƏHKƏMƏSİNƏ

Məqaləni paylaş
Axtar
XƏBƏR LENTİ
SOSİAL LİNKLƏR
ARXİV