Yevlax Rayon İcra Hakimiyyəti www.yevlax-ih.com domen adlı İnternet resursu gərəkli məlumatlar baxımından qismən
zəngin sayt hesab etmək olar. Amma quruma daha öncə rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından gərəkli
olan büdcə bilgiləri, tender və yarışmalar, işə qəbullla bağlı bilgilər saytda yer almamışdır. Sayt Yevlax Şəhər İcra
hakimiyyətinin sayti kimi qeyd olunsa da, informasiyalar rayon icra hakimiyyəti çərçivəsindədir. Sayt görünüşünə görə
aşağıdakı kimidir.
1. Rayon, rayon İcra hakimiyyətinin başçısı haqqında bioqrafik bilgilər tam və dolğun şəkildə saytda öz əksini tapır.
Lakin qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və qurumun əsasnaməsi haqqında isə heç bir
məlumat saytda əks etdirilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları göstərilsə də, Qurumunun
ünvanının marşrut və sxemi göstərilmir, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında
bilgilər təqdim edilmir.
3. Qurumun strukturunun sxemi, qurumunun alt bölmələri, struktur bölmələrinin rəhbərləri, onlarla əlaqə saxlamaq üçün
imkanlar qeyd olunsa da, struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq (tam) ünvanları barədə
bilgilərə rast gəlinmir.
4. Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə
əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Burada çatışmayan digər cəhət də struktur
bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərdir.
5. Cari informasiyalar baxımından saytda daimilik nəzərə çarpmır, belə ki, sonuncu xəbər ötən ilin dekabr ayının 13-ə
aiddir. Qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər
isə təqdim edilmir.
6. Ümumi dövlət büdcəsi ilə bağlı qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri
barədə informasiyalar əks etdirilmir.
7. Rayon İcra Hakimiyyəti tərəfindən təklif edilən xidmətlər sırasında ancaq onlayn müraciət imkanı yer almışdır.
Saytda nə qurumunun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, nə elektron formada təklif olunan xidmətlər, nə də
qaynar xətt barədə məlumat verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.
9. Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat yoxdur.
10. Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və
saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda öz əksini tapsa da, vəzifəli şəxslər tərəfindən
vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgiyə rast gəlinmir.
11. Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgi verilmir.
12. Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət forması təqdim olunsa da abunə
imkanı və sayt daxilində axtarış mövcud deyil.