Wednesday 18th May 2022,

2013

Ξ Leave a comment

Tovuz Rayon İcra Hakimiyyəti www.tovuz-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Tovuz Rayon İcra Hakimiyyəti www.tovuz-ih.gov.az  domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı   TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti  www. tovuz -ih.com domen adlı İnternet resursunun zəngin

məlumatlarla yanaşı kasad məlumatların da zənginləşdirilməsi baxımından bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.

1.    Rayon haqqındakı bilgiləri yüksək qiymətləndirmək olar. Ancaq qurum haqqındakı bilgilər sırasına qurumun tarixi,

quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər və qurumun əsasnaməsi haqqında məlumatların təqdim

edilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün təqdim edilmiş qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları ilə

yanaşı qurumunun ünvanının marşrut və sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat

haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

3.    Qurumun strukturu barədə isə struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq (tam)

ünvanları haqqında bilgilərin verilməsi tövsiyə olunur.

4.    Rəhbər işçilər haqqında təqdim edilmiş bilgilər sırasına struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik

bilgilərin də əlavə edilməsi tövsiyə olunur.

5.    Cari informasiyaların daha da müntəzəm olaraq yerləşdirilməsi və qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və

rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

6.    Büdcə ilə bağlı bilgilərin saytda yerləşdirilməsi tövsiyə olunur.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər barədə yeganə təqdim edilmiş bilgi onlayn müraciət imkanıdır ki, bununla

yanaşı  qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və qaynar

xətt barədə məlumatların da təqdim edilməsi tövsiyə olunur.

8.    Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması gərəklidir.

9.    Daha bir tövsiyə qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgilərin saytda yerləşdirilməsi

ilə bağlıdır.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilər sırasına vəzifəli şəxslər

tərəfindən vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin də

əlavə edilməsi tövsiyə olunur.

11.    Tender və yarışmalar haqqında bilgilərin də təqdim edilməsi tövsiyyə olunur.

12.    Saytın texniki imkanlarının daha da inkişaf etdirilməsi abunə imkanının və sayt daxili axtarışın da əlavə edilməsi

tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV