Multimedia Mərkəzi 4 mart tarixdə “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa təşkil edəcək
Toplantıda mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı ilə bağlı Multimedia Mərkəzi tərəfindən aparılan Monitorinqlərin yekunu haqqında Hesabat təqdim olunacaq.
Dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti Reytinq Cədvəli ictimaiyyətə təqdim olunacaq.
Dəyirmi Masada həmçinin elektron formaya keçirilməsi vacib hesab olunan kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlərin Siyahısı təqdim olunacaq.
Siyahı Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırlanıb.
Dəyirmi Masada dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur