Multimedia Mərkəzi tərəfindən “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Toplantıda mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı ilə bağlı Multimedia Mərkəzi tərəfindən aparılan Monitorinqlərin yekunu haqqında Hesabat təqdim olunacaq. Həmçinin dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti Reytinq Cədvəli ictimaiyyətə təqdim olunacaq.
Hesabat son 6 ay ərzində 75 mərkəzi icra hakimiyyəti orqanı və 66 yerli icra hakimiyyətinin onlayn şəffaflıq vəziyyətini əks etdirir.
Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.
Dəyirmi Masada həmçinin elektron formaya keçirilməsi vacib hesab olunan kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlərin Siyahısı təqdim olunacaq.
Siyahı Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırlanıb.
Dəyirmi Masada dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Dəyirmi Masa 04 mart 2014 – cü il tarixdə, saat 11.00-da, Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək
Multimedia Mərkəzi
Tel: 012 492 44 44