Multimedia Mərkəzi
Dövlət qurumlarının İnformasiya Açıqlığı
1. Dövlət orqanlarının rəsmi İnternet resurslarının monitorinqi
2. Mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəlləri
3. Ümumi nəticələr və tövsiyələr
HESABAT
( 01 iyul, 2013 – fevral, 2014 )
Giriş
Dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən 2006-cı ildən başlayaraq sistemli və müntəzəm olaraq həyata keçirilir. 2011-ci ildən etibarən Mərkəz tərəfindən dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərlə bağlı araşdırma və Monitorinqlərə də start verilib. Mərkəz tərəfindən 2012-ci ildən etibarən yerli icra hakimiyyəti orqanlarının da informasiya açıqlığı üzrə monitorinqi aparılır.
Bu Hesabat “Multimedia” Mərkəzi tərəfindən 01 iyul 2013-cü il tarixdən 2014-cü ilin yanvar ayınadək aparılan Monitorinqin nəticələri əsasında hazırlanıb. Ümumilikdə 75 Mərkəzi icra orqanı və 67 Yerli (şəhər və rayon) icra hakimiyyəti orqanının rəsmi İnternet resursu analiz edilib. Monitorinq “İnformasiya əldə etmək haqqında” Qanuna və beynəlxalq normalara əsaslanaraq Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodologiya əsasında gerçəkləşdirilir. Əvvəlki illərə nisbətən Metodologiya xeyli təkmilləşdirilib. Monitorinqin aparılmasında əsas məqsəd “İnformasiya əldə etmək haqqında” Qanunun tələbləri baxımından dövlət orqanları tərəfindən İnternet resurslar vasitəsilə ictimai informasiyaların açıqlanması vəziyyətini araşdırmaq, hər bir dövlət qurumu üzrə və ümumiləşmiş tövsiyələr hazırlamaqdan ibarət olub.
Monitorinqin yekunu olaraq hər bir İnternet resursu üzrə ümumi vəziyyəti əks etdirən məlumat hazırlanır və əldə olunan nəticələr əsasında İnternet resursların təkmilləşdirilməsi ilə bağlı hər bir qurum üzrə tövsiyələr də hazırlanaraq İnformasiya Azadlığı saytında yerləşdirilir.
Bu ilki Monitorinq prosesində diqqət çəkən məqam ondan ibarətdir ki, Mərkəzi icra orqanlarında artıq rəsmi İnternet resurslar üzərində sistemli və komanda formasında işlər aparılması tendensiyası duyulur.
Bu qurumlarda İnternet və bütövlükdə İnformasiya texnologiyalarının əhəmiyyəti getdikcə daha doğru və düzgün anlaşılmaqdadır. Vətəndaşlara informasiya münasibətlərinin qurulmasında sosial mediaya, digər effektiv texnologiyalara üstünlük verilməyə başlanıb.
Bununla belə hələlik az sayda olsa da mərkəzi icra orqanları var ki, rəsmi internet saytları vasitəsilə informasiyaların açıqlanması və elektron xidmətlərlə bağlı məsələyə münasibət hələ də qanunvericiliyin tələbləri səviyyəsində deyildir.
Yerli icra hakimiyyətlərində həm onlayn şəffaflıq və həm də elektron xidmətlərlə bağlı situasiya olduqca pis vəziyyətdədir.
Metodologiya
Yuxarıda da qeyd etdiyimiz kimi ötən dövrlər ərzində keçirilən monitorinqlər bir qədər sadə göstəricilər üzrə saytların analiz edilməsinə əsaslanırdısa, indiki monitorinqdə daha geniş və hərtərəfli analiz edilməyə yönələn parametrlərə üstünlük verilib.
Cari ildəki monitorinq prosesində saytların kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə almaqla onların bütövlükdə açıqlıq səviyyəsinin müəyyən edilməsi monitorinqin əsas məqsədi olub.
Metodologiya hazırlanarkən həm yerli qanunvericiliyin (”İnformasiya əldə edilməsi haqqında Qanun və onunla əlaqəli Fərmanlar, Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli “Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”, Elektron xidmətlərin təşkili sahəsində bəzi tədbirlər haqqında Prezidentin 23 may 2011-ci il tarixli Fərmanı, elektron xidmətlərin təqdim edilməsi ilə bağlı mövcud qanunvericilik və s.) tələbləri, həm də beynəlxalq təcrübə, İnformasiya azadlığı sahəsində araşdırmalarla məşğul olan beynəlxalq qurumların təcrübəsi əsas götürülüb.
Eyni zamanda ölkənin ictimai informasiya mühitinin spesifik xüsusiyyətləri nəzərə alınıb. İctimai informasiya subyektləri tərəfindən ictimai informasiyaların internet üzərindən açıqlanması sahəsində yerli təcrübə ciddi olaraq araşdırılıb. Monitorinqlə bağlı göstəricilərin siyahısı hazırlanarkən ictimai informasiya subyektlərinin rəsmi internet resurslarının yaradılması, bu qurumlarda elektron informasiya istehsalı prosesinin vəziyyəti, ictimai informasiyalarla bağlı tələb-təklif münasibətləri nəzərdən keçirilib. Daha çox ictimai əhəmiyyət kəsb edən sahələr müəyyən olunub, yerli tələbat baxımından daha çox sosial əhəmiyyət kəsb edən informasiyaların növləri nəzərə alınıb. Açıqlanan İnformasiyanın növlərindən asılı olaraq müxtəlif sosial əhəmiyyətlilik əmsalları müəyyən olunub. Müxtəlif xidmətlərin elektron formada təklifi imkanlarının mövcudluğu, dövlət qurumunun büdcəsi, cari fəaliyyəti və tenderlərlə bağlı məlumatlar bu Metodologiyada prioritet olaraq qəbul edilib. İnformasiyanın keyfiyyətinin müəyyən edilməsi üçün Dolğunluq (açıqlanması zəruri olan bütün informasiyaların tam, əhatəli formada saytda yerləşdirilməsi və s), Aktuallıq (saytın müntəzəm olaraq yenilənməsi, son dəyişikliklər və fəaliyyətlər haqqında informasiyalar , tədbirlər, çıxışlar və s haqqında məlumatlar, hesabatlar və s.) və əldə olunma imkanı kimi (yuzabiliti imkanları, axtarış imkanları, linklərdən effektiv istifadə, naviqasiya və s.) göstəricilərdən istifadə olunub.
Monitorinq prosesində ekspertlər hər bir parametr üzrə bu göstəricilərin dəyərləndirilməsini həyata keçiriblər.
Ümumilikdə Metodologiyanın əsasını ictimai informasiya subyektlərinin informasiya açıqlığını müəyyən etməyə imkan verən 13 Blok üzrə 60 parametrdən ibarət göstəricilər təşkil edir. Yerli şəraitdən asılı olaraq hər bir Blok üzrə sosial əhəmiyyətlilik əmsalı tətbiq edilib. Monitorinq zamanı hər bir parametr üzrə informasiyanın aktuallıq, dolğunluq və əldə olunma imkanları və sosial əmsallara əsaslanaraq açıqlıq səviyyəsi müəyyən olunur.
Bu nəticələr əsasında bütövlükdə saytın ümumi informasiya açıqlıq səviyyəsi hesablanıb. İnformasiya açıqlığı səviyyəsi nəzərə alınmaqla dövlət qurumlarının İnformasiya açıqlığı üzrə Reytinq Cədvəli tərtib edilib ki, burada da əsas məqsəd rəsmi internet resursların daha dolğun və informasiya cəhətdən zəngin olmasını stimullaşdırmaqdan ibarətdir.
Mərkəzi icra hakimiyyəti orqanlarının informasiya açıqlığı üzrə monitorinqində istifadə olunan Parametrlər və qiymətləndirmə
meyarları
|
Kəmiyyət Həcm 0-1 | Dolğunluq1-0.5-0.2 | Aktuallıq1-0.8-0.7 | Giriş1-0.9-0.8 | İnformasiya açıqlığı | |||
|
||||||||
1.1. | Qurumun tarixi | |||||||
1.2. | Rəhbərləri haqqında məlumatlar və kollegiya | |||||||
1.3. | Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza. Əsasnamə və təlimatlar | |||||||
|
||||||||
2.1. | Dövlət qurumunun yerləşdiyi ünvan | |||||||
2.2. | Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri | |||||||
2.3. | Mümkün olan bütün e-poçt ünvanları | |||||||
2.4. | Dövlət qurumunun ünvanının marşrut və sxemi | |||||||
2.5. | Dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat | |||||||
|
||||||||
3.1. | Dövlət qurumunun strukturunun ümumi sxemi. Aparat | |||||||
3.2. | Dövlət qurumunun alt bölmələri və regional strukturu | |||||||
3.3. | Struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar | |||||||
3.4. | Struktur bölmələrinin dəqiq (tam) ünvanları | |||||||
3.5. | Struktur bölmələrinin səlahiyyət çərçivələri | |||||||
3.6. | Qurumun tabeliyindəki informasiya sistemləri | |||||||
|
||||||||
4.1. | Əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları | |||||||
4.2. | Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər | |||||||
4.3. | Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları | |||||||
4.4. | Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları | |||||||
4.5. | Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkan | |||||||
|
||||||||
5.1. | Mətbuat üçün açıqlamalar və onların tezliyi | |||||||
5.2. | Dövlət qurumuna aid olan informasiya | |||||||
5.3. | Dövlət qurumuna aid olan hər cür başqa cari informasiya | |||||||
5.4. | Qurumdaxili əmr və qərarlar | |||||||
5.5. | Bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) | |||||||
5.6. | Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar | |||||||
|
||||||||
6.1. | Qurumun büdcəsi və onun icrası haqqında məlumat | |||||||
6.2. | Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya | |||||||
|
||||||||
7.1. | Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər | |||||||
7.2. | Dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər | |||||||
7.3. | Elektron formada təklif olunan xidmətlər. Xidmətlərin statistikası ( sayı) | |||||||
7.4. | Onlayn müraciət imkanı | |||||||
7.5. | Qaynar xətt | |||||||
7.6. | Xidmətlərdən istifadə qaydaları | |||||||
7.7 | Çağrı Mərkəzi | |||||||
|
||||||||
8.1. | Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi | |||||||
8.2. | İşə qəbulun norma və qaydaları | |||||||
8.3. | İşə qəbulla bağlı komissiyalar haqqında bilgi | |||||||
8.4. | Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar | |||||||
8.5. | Boş iş yerləri haqqında elanların arxivi | |||||||
|
||||||||
9.1. | Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası | |||||||
|
||||||||
10.1. | Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi | |||||||
10.2. | Dövlət qurumunda vətəndaşların qəbul qaydaları | |||||||
10.3. | Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatlarıDigər qəbul formaları ( video qəbul və s) | |||||||
10.4. | Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi | |||||||
|
||||||||
11.1. | Dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları | |||||||
11.2. | Tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri | |||||||
11.3. | Tender və yarışmaların nəticələri | |||||||
11.4. | Elanların arxivi | |||||||
11.5. | Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları | |||||||
|
||||||||
12.1. | Dövlət qurumunun cari norma- (qanun)yaratma fəaliyyəti | |||||||
12.2. | Bütün mümkün normativ aktların layihələri (tam mətni) | |||||||
12.3. | Bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri | |||||||
12.4. | Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv | |||||||
|
||||||||
13.1. | Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu | |||||||
13.2. | Abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu | |||||||
13.3. | İstifadə rahatlığı | |||||||
13.4 | Domen rahatlığı | |||||||
13.5. | Sayt daxilində axtarış | |||||||
13.6 | Sosial mediadan istifadə imkanları və onların yenilənməsi (aktivliyi) |
Yerli icra orqanlarının informasiya açıqlığı üzrə Monitorinqində istifadə olunan Parametrlər və qiymətləndirmə meyarları
|
Kəmiyyət Həcm | Dolğunluq | Aktuallıq | Giriş | İnformasiya açıqlığı | |||
|
||||||||
1.1. | İcra hakimiyyətinin başçısı. Bioqrafiyası və icra aparatı |
|||||||
1.2. | Struktur, İH Əsasnaməsi, Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu | |||||||
1.3. | Rayon/şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s | |||||||
|
||||||||
2.1. | İcra hakimiyyətinin yerləşdiyi ünvan | |||||||
2.2. | Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri | |||||||
2.3. | Mümkün olan bütün e-poçt ünvanları | |||||||
|
||||||||
3.1. | İcra hakimiyyətinin alt bölmələri və yerli icra nümayəndəlikləri | |||||||
3.2. | Struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar | |||||||
3.3. | Struktur bölmələrinin səlahiyyət çərçivələri | |||||||
3.4. | Əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər | |||||||
3.5. | Bələdiyyələr haqqında məlumatlar | |||||||
|
||||||||
4.1. | Əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları | |||||||
4.2. | Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər | |||||||
4.3. | İcra hakimiyyətinin rəhbəri ilə əks əlaqə imkanları | |||||||
4.4. | Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları | |||||||
4.5. | İcra hakimiyyəti ilə əks əlaqə üçün ümumi imkan | |||||||
4.6. | Vətəndaşların müraciətlərinə baxılma qaydası | |||||||
4.7. | Rayondan/şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imknaı | |||||||
|
||||||||
5.1. | Mətbuat üçün açıqlamalar | |||||||
5.2. | Rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar | |||||||
5.3. | Rayonun/şəhərin ictimai həyatı haqqında məlumatlar | |||||||
5.4. | Qurumdaxili əmrlər, sərəncamlar və qərarlar | |||||||
5.6. | İcra hakimiyyətinin həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) | |||||||
5.7. | Rayonun/şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər | |||||||
|
||||||||
6.1. | Büdcə haqqında məlumat | |||||||
6.2. | Rayonun büdcəsi (gəlir və xərclər) haqqında məlumat | |||||||
|
||||||||
7.1. | İcra hakimiyyətinin təklif etməli olduğu mütləq xidmətlər | |||||||
7.2. | İcra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər | |||||||
7.3. | Elektron formada təklif olunan xidmətlərin sattistikasi | |||||||
7.4. | Onlayn müraciət etmək imkanı | |||||||
7.5. | Xidmətlərdən istifadə qaydaları | |||||||
|
||||||||
8.1. | İcra hakimiyyəti və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi | |||||||
8.2. | İşə qəbulun norma və qaydaları | |||||||
8.3. | İşə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi | |||||||
8.4. | İcra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar | |||||||
|
||||||||
9.1. | Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası | |||||||
|
||||||||
10.1. | Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi | |||||||
10.2. | İcra hakimiyyətində vətəndaşların qəbul qaydaları | |||||||
10.3. | İcra hakimiyyətinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları | |||||||
|
||||||||
11.1. | Dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya | |||||||
11.2. | İcra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları | |||||||
11.3. | Tenderlərin keçirilməsi ilə bağlı elanlar | |||||||
|
||||||||
13.1. | İcra hakimiyyətinin İnternet resursunun mövcud qaydalara uyğunluğu | |||||||
13.2. | Abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu | |||||||
13.3. | İstifadə üçün rahatlığı | |||||||
13.4 | Sosial mediadan istifadə imkanları |
Ən yaxşılar
Beləliklə cari ildə 74 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı göstəricisi təxminən 39 % olub.
2012-ci ildə 64 mərkəzi icra orqanı üzrə orta informasiya açıqlığı 33.5 %, 2011-ci ildə 61 mərkəzi icra orqanı üzrə bu rəqəm 27%, 2009-cu ilin sonunda 50 dövlət qurumu üzrə ümumi informasiya açıqlığı göstəricisi isə təxminən 24% olmuşdur.
Beləliklə, cari ilin 74 dövlət qurumu üzrə nəticəni müqayisə etsək, ötən ilə nisbətən informasiya açıqlığı göstəricisi təxminən 5.5 % artıb.
Beləliklə hazırda ilk üç yer üzrə orta informasiya açıqlığı səviyyəsi təxminən 69%, ilk 10 yer üzrə təxminən 64% -dir.
2012-ci ildə ən yaxşı üç qurum üzrə müvafiq informasiya açıqlığı göstəricisi 66 % olmuşdur.
2011-ci ildə ən yaxşı üç qurum üzrə müvafiq informasiya açıqlığı göstəricisi 60 % olmuşdur.
Müxtəlif dövlət qurumları üzrə bu ilki monitorinqin nəticələri ötən illərdən bir qədər fərqlidir. Artıq xeyli sayda dövlət qurumların onlayn şəffaflıq vəziyyətlərini yaxşılaşdıraraq uzun müddətdən bəri Reytinq Siyahısına liderlik edən Vergilər Nazirliyinin göstəricisinə yaxınlaşmaq üzrədir. Artıq ən azı 3 dövlət qurumu var ki, az bir fərqlə ( 6 -7% lik ) bu Nazirliyi izləyirlər. Bu isə yuxarı pillədə rəqabətin kəskinləşməsindən xəbər verir.
Yalnız bir məqam uzun müddətdir ki, dəyişməyib. Bu da Vergilər Nazirliyinin həmişəki birincilik mövqeyini qoruyub saxlaya bilməsidir. Özünün həm informasiya təminatı və həm də elektron xidmətlər sahəsindəki ciddi irəliləyişləri ilə hər zaman diqqət çəkən bu qurum bu dəfə də daha təkmil bir şəkildə iddialarını ortaya qoymağa bacarmışlar. Baş Prokurorluğun və Ekologiya və təbii sərvətlər Nazirliyinin adı xüsusilə qeyd olunmalıdır. Əvvəlki illərdən fərqli olaraq bu qurumlar olduqca yüksək göstərici əldə edib.
|
İlk onluğa əvvəlki illərdən fərqli olan digər yeni qurumlar daxil olmuşdur: Ədliyyə Nazirliyi, VXSİ Dövlət Agentliyi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi .
Bununla belə o da xüsusilə qeyd edilməlidir ki, 74 dövlət qurumundan artıq 21-i informasiya açıqlığı üzrə 50%-lik həddi keçə biliblər. Ötən il 64 dövlət qurumundan 15-i açıqlıq göstəricisi üzrə yarı həddini aşa bilmişdir. 2011-ci ildə cəmi 3 dövlət qurumu informasiya açıqlığı üzrə 50%-lik həddi aşmışdır.
Hazırda Reytinq Cədvəlindən görsənir ki, 53 mərkəzi icra orqanının onlayn şəffaflıq göstəricisi 50 %-dən aşağıdır.
Ötən illərlə müqayisədə informasiya açıqlığı göstəricisi əhəmiyyətli dərəcədə müsbət istiqamətdə dəyişən informasiya resursları aşağıdakılar olub:
1. Baş prokurorluq
2. Mərkəzi Bank
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
4. Mədəniyyət və Turizm Nazirliyi
5. Fövqəladə Hallar Nazirliyi
6. Dövlət Neft Şirkəti
7. Maliyyə Nazirliyi
8. Milli Elmlər Akademiyası
9. QHT-lərə Dövlət Dəstəyi Şurası
10. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Axırıncı yerləri bölüşənlər.
Bu ilki Reytinq Cədvəlində də sonuncu yeri tutanların siyahısında elə də ciddi dəyişiklik baş verməyib . Reytinq Cədvəlimizin sonunda yenə də uzun müddətdən bəri açıqlıq göstəricisi aşağı olanlar yer tutub
Beləliklə, Reytinq Cədvəlində siyahını qapayan sonuncu onluq aşağıdakı kimidir:
|
Ən aşağı yerləri bölüşdürən 3 mərkəzi icra qurumlarının orta informasiya açıqlığı səviyyəsi təxminən 13 % , ən zəif 10 qurumun orta açıqlıq əmsalı isə 16% təşkil edir.
Ötən il bu rəqəm müvafiq olaraq 7 % və 11 % təşkil edib .
Beləliklə Reytinq Cədvəlindən görsənir ki, cari ildə ən yaxşı vəziyyəti olan 10 dövlət qurumunun orta informasiya açıqlığı təxminən 65 %, ən zəiflərin isə orta informasiya açıqlığı 16 % -dir.
Bu isə onu göstərir ki, dövlət qurumları arasında informasiya bərabərsizliyi sahəsində fərq hələ də ciddi problem olaraq qalmaqdadır. Xeyli sayda dövlət qurumlarının informasiya açıqlığı sahəsində vəziyyəti sürətlə müsbətə doğru dəyişdiyi halda müəyyən sayda dövlət qurumlarının bu sahədəki ya əvvəlki vəziyyətdə olduğu kimi qalıb, ya da vəziyyəti pisliyə doğru dəyişib.
Yerli icra hakimiyyətlərinin informasiya açıqlığı
Yuxarıda da qeyd etdiyimiz kimi bu Monitorinq prosesində 67 Yerli icra hakimiyyəti qurumunun (şəhər və rayon icra hakimiyyətlərinin) rəsmi İnternet resursunun da monitorinqi aparılıb. Mərkəzi icra qurumları ilə müqayisədə yerli icra hakimiyyətlərinin internet resursları bu il də olduqca aşağı göstəricilər əldə edib. Demək olar ki, böyük əksəriyyət yerli icra orqanlarında ötən illə müqayisədə elə də ciddi dəyişikliklər baş verməyib. Eyni bir standart əsasında yaradılan yerli icra orqanlarının saytları əsasən bir-birini təkrar edir və açıqlanması vacib olan informasiyaların çox cüzi bir hissəsi sayta yerləşdirilib
Aşağıdakı Reytinq Cədvəllərindən göründüyü kimi rayonlar üzrə ən yüksək informasiya açıqlığı göstəricisini yenə də Binəqədi Rayon İcra Hakimiyyətinin saytı əldə edib – 22.5 % . Ötən il bu rəqəm 20.9 % olub. . Ən aşağı – 5.5 % açıqlıq göstəricisi isə Xızı Rayon icra hakimiyyətinin rəsmi resursuna aiddir.
Rayon icra hakimiyyətləri üzrə orta informasiya açıqlığı göstəricisi 12.1 % olub . Ötən il bu rəqəm 7 % olmuşdur.
Şəhər icra qurumları üzrə ən yüksək informasiya açıqlığı göstəricisi Şirvan Şəhər İcra hakimiyyətinin saytına məxsusdur 22.2 %, şəhərlər üzrə ən aşağı informasiya açıqlığı göstəricisi Mingəçevir İH əldə edib – 12.9 %.
Şəhər icra orqanlarında orta informasiya açıqlığı 16% olub.
Bütövlükdə rayon və şəhər icra orqanları üzrə orta informasiya açıqlığı göstəricisi 14 % olub. Ötən il bu rəqəm 13.5 % olub.
Əlbəttə ki, bu cür durumu ayrıca şərh və təhlil edib hansısa tövsiyələr irəli sürmək lüzumsuz olardı. Ona görə də Yerli icra qurumlarına aid İnternet resurslarının durumunu geniş təhlil etmədən onların Reytinq Cədvəlini təqdim edirik.
Yerli icra qurumlarında İnternet resursların hazırlanması, elektron formada informasiya istehsalı prosesinin qurulması və elektron xidmətlərin təklif olunması, kadr hazırlığı istiqamətində hökumət tərəfindən xüsusi dövlət proqramlarının qəbul edilməsinə ciddi ehtiyac var.
Şəhər və rayon icra orqanlarının informasiya açıqlığı üzrə
Reytinq Cədvəli
Rayon icra orqanlarının informasiya açıqlığı üzrə
Reytinq Cədvəli
Şəhər icra orqanlarının informasiya açıqlığı üzrə
Reytinq Cədvəli
Monitorinqi aparılan orqanlarda ən çox açıqlanan informasiyalar aşağıdakılardır:
№ |
Ən çox açıqlanan İnformasiyalar |
1 | Dövlət qurumu ilə bağlı informasiya – qurumun tarixi, rəhbərlik, qanunverici baza, hakimiyyət qolunda yeri, səlahiyyət çərçivəsi |
2 | Əlaqə, ünvan ( telefon, faks, elektron poçt ünvanları, poçt ünvanı ) |
3 | Dövlət qurumu ilə, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə və rəhbər və onun müavinlərinin bioqrafiyası |
4 | Dövlət qurumunun alt bölmələri və regional qolları, ünvanları və səlahiyyət çərçivələri |
5 | Dövlət qurumuna aid informasiyalar, mətbuat üçün açıqlamalar və cari informasiyalar. |
6 | Elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı məlumatlar, elektron bölmə və s. |
Dövlət qurumlarının rəsmi saytlarında bir qayda olaraq açıqlanmayan və ya yetərincə açıqlanmayan informasiyalar aşağıdakılardır:
№ |
Açıqlanmayan və ya az açıqlanan İnformasiyalar |
1 | Dövlət qurumunun büdcəsi və onun icrası haqqında |
2 | Sahə işçilərinin əmək haqları |
3 | Tenderlər, müsabiqələr, dövlət proqramları, dövlət satınalmaları haqqında məlumatlar |
4 | Dövlət qurumunun hüquqi –normativ sənədləri, normativ aktların layihələri , bu istiqamətdə təklifləri və s |
5 | Dövlət qurumunun təklif etməli olduğu offlayn xidmətlərin siyahısı |
6 | Elektron xidmətlərdən istifadə vəziyyətinin statistikası və s |
Monitorinqin yekunu üzrə əldə olunan ümumi nəticələr
Müsbət tendensiyalar
Əsas çatışmazlıqlar
Çatışmazlıqların aradan qaldırılması üçün
TÖVSİYƏLƏR
l Dövlət orqanlarının Əsasnamələrinə vətəndaşların informasiya təminatına cavab verən struktur bölmələr (vəzifəli şəxslər) və onların fəaliyyət istiqamətləri haqqında maddələrin daxil edilməsi;
l İnformasiya açıqlığı üzərində dövlət nəzarətini həyata keçirmək məqsədilə yaradılan xidmətin fəaliyyəti canlandırılmalıdır. Dövlət qurumlarına, xüsusilə yerli icra orqanlarına informasiya açıqlığının təmin edilməsi sahəsində köməklik göstərilməlidir
l Dövlət qurumlarında qanunvericilikdə nəzərdə tutulduğu qaydada informasiya infrastrukturunun formalaşdırılması başa çatdırılmalı və mövcud müvafiq strukturların fəaliyyəti təkmilləşdirilməlidir. Dövlət orqanlarında informasiya istehsalı prosesinin çevik və effektiv mexanizmləri hazırlanmalıdır.
l Dövlət qurumunun büdcəsində informasiya istehsalı və açıqlanması ilə bağlı xərclər ayrıca qeyd olunmalıdır.
l Qanunvericilikdə nəzərdə tutulduğu qaydada yalnız keyfiyyətli (aktual, yeni, dolğun, əhatəli, dəqiq) informasiyaların saytda yerləşdirilməsinə diqqət yetirilməlidir.
l Sosial əhəmiyyətli və kütləvi xidmətlərin İnteraktiv olaraq elektron formaya keçirilməsinə diqqət artırılmalıdır. Sosial şəbəkələrə inteqrasiyalar hazırlanmalıdır. Portala inteqrasiya başa çatdırılmalıdır.
l Dövlət qurumlarında elektron informasiya istehsalı ilə bağlı, elektron xidmətlərlə, ictimai informasiyalarla bağlı Treninqlər təşkil olunmalıdır.
l Elektron xidmətlərin keyfiyyət göstəriciləri hazırlanmalı və müvafiq dövlət və ictimai nəzarət sistemi qurulmalıdır.
l İnformasiya əldə edilməsi ilə bağlı Qanunun və elektron xidmətlərdən istifadənin gerçəkləşməsi istiqamətində vətəndaşlar arasında maarifçilik işi aparılmalıdır.
l Əldə olunması məhdudlaşdırılan informasiyaların məhdudlaşdırılmasının əsasları (siyahı) haqqında normativ sənəd Layihəsi hazırlanmalı və hökumətə təqdim olunmalıdır.
l Əldə olunması məhdudlaşdırılan informasiyaların siyahısı təsdiq edilməlidir.
l Rəsmi saytların sosial servislərə inteqrasiyası gücləndirilməlidir. Sosial resurslar üzərindən əlaqələrin qurulmasına diqqət yetirilməlidir
l Bakı şəhər İH və onun nəzarətində olan dövlət orqanlarının xidmətlərinin elektron formaya keçirilməsinə diqqət yönəldilməlidir.
04.02.2014
Multimedia Mərkəzi
Tel. 012 492 44 44
www.informasiya.org
informasiya@gmail.com
Hesabat tam olaraq www.informasıya.org saytında yerləşdirilib.