AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 124 15/05/2006 il
"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında (əlavə və dəyişikliklər – №192 – 09/08/2006)
Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
I. "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
Əlavə olunmuş maddələr aşağıdakı redaksiyada verilsin:
"224920. "İnternet" xidməti haqqının ödənilməsi" maddəsində "ödənilən xərclər" sözləri "ödənişlər, vebsaytların yeniləşdirilməsi və saxlanılması xərcləri" sözləri ilə əvəz edilsin.