Thursday 21st November 2024,

Xəbərlər

Ξ Leave a comment

DÖVLƏTİN İNFORMASİYA EHTİYATLARI TƏHLÜKƏDƏDİR

posted by

 DÖVLƏTİN İNFORMASİYA EHTİYATLARI TƏHLÜKƏDƏDİR

     Ekspertin qənaətincə, bu məsələ üç dövlət qurumuna həvalə edildiyindən mühafizədə pərakəndəlik hökm sürür

     A.ƏHMƏDOVA ( Ayna , 07.03.2007)

     XXI əsrdə dövlətin informasiya təhlükəsizliyi mühüm məsələdir. Hər bir dövlət öz informasiya ehtiyatlarını qorumaqla qüdrətini hiss etdirə bilər. Təsadüfi deyil ki, informasiya əsri adlandırdığımız dövrdə ABŞ bu məsələdə öndə gedir. Amma əfsuslar olsun ki, Azərbaycan informasiya ehtiyatlarının mühafizəsini təşkil etməkdə ciddi problemlər yaşayır. Ölkənin dövlət, qeyri-dövlət qurumlarının internet səhifələrinin erməni hakerləri tərəfindən dağıdılması ilə bağlı faktlar yetərincədir. Məsələn, ötən həftə erməni hakerləri M.F.Axundov adına kitabxananın internet saytının Xocalı faciəsi ilə bağlı səhifəsini dağıdıblar. Deməli, informasiya savaşının getdiyi bir vaxtda yeni informasiya-kommunikasiya texnologiyalarından bəhrələnmək vacibdir.
Bu məqamda dövlət qurumlarının internet saytlarına nəzər salmaq yerinə düşərdi. Elə başlayaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
www.mincom.gov.az ünvanlı saytından. Nazirliyin əməkdaşı Rüfət Gülməmmədov deyir ki, saytlara haker hücumu hər zaman gözlənildiyindən təhlükəsizlik məsələsinin peşəkar şəxslərə həvalə edilməsi vacib məsələdir. Müsahibim qeyd edir ki, sayta hücumların qarşısının alınması saytın keyfiyyətli yaradılmasından, keyfiyyətli serverdə yerləşməsindən və təcrübəli administrator tərəfindən idarə edilməsindən asılıdır. Bu qaydalara riayət edildiyi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı hələlik bütün mümkün hücumlardan mühafizə olunur.
Öyrəndik ki, Nazirlər Kabinetinin də internet saytının təhlükəsizliyi və mühafizəsi ilə xüsusi bölmə məşğul olur. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, informasiya təminatı bölməsində kifayət qədər təcrübəli əməkdaşlar çalışır və hökumətin saytının hər cür kənar müdaxilədən mühafizəsinə nəzarət edilir.
Ədliyyə, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri də saytların mühafizəsi üçün bütün gərəkən tədbirlərin görüldüyünü vurğulayırlar.
Müdafiə Nazirliyinin isə saytı hələlik olmadığından onun mühafizəsinin təşkili barədə də danışmaq olmaz. Nazirlikdən aldığımız məlumata görə, hazırda saytın yaradılması istiqamətində iş aparılır və sayt yaradılarkən onun təhlükəsizliyi məsələsi də diqqətdə saxlanacaq. Dövlət Sərhəd Xidməti də saytı olmayan dövlət qurumları arasındadır və bu qurumun da saytının yaradılması istiqamətində işlər aparılır. Onu da qeyd edək ki, təqribən bir ilə yaxındır hər iki dövlət orqanının nümayəndələri saytların yaradılması istiqamətində iş aparıldığını söyləyirlər. Amma nədənsə, sayt yaradılmır.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin saytı isə artıq uzun müddətdir fəaliyyətini dayandırıb. Öyrəndik ki, komitə domeninin qeydiyyatını yeniləmədiyindən sayt fəaliyyət göstərmir. Fəaliyyəti dondurulan saytlar sırasında Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin də adı var. Bu qəbildən olan növbəti sayt isə Apellyasiya Məhkəməsinə aiddir.
Öyrəndik ki, Azərbaycanda internet saytlarının təhlükəsizliyini qorumaq, onları hakerlərin hücumundan mühafizə etmək üçün bir sıra tədbirlər həyata keçiriləcək. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yaradılmış işçi qrup bu məsələ üzərində işləyir. Nazirliyin əməkdaşı Rüfət Gülməmmədovun sözlərinə görə, dövlət qurumlarının saytlarının texniki ekspertizası aparılacaq. Onun sözlərinə görə, işçi qrup həmçinin informasiya ehtiyatlarının reyestrini yaratmağı təklif edir.
"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün fikrincə, ölkəmizdə informasiya resurslarına münasibətin dəyişilməsi müşahidə edilməkdədir. Onun dediyinə görə, "Gov.az domeninin inzibatlaşdırılması qaydaları"nın, "Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması formaları və qaydaları"nın qüvvəyə minməsi bunun göstəricisidir. Müsahibim söyləyir ki, bu qaydalar qüvvəyə minməzdən öncə internet resurslarına münasibət ciddi deyildi.
Müsahibim onu da qeyd etdi ki, bu sahəyə ciddi münasibət göstərilməməsi saytların hazırlanması həvalə edilən şəxslərin peşəkarlıq səviyyəsi, ayrılan maliyyənin məbləğində də qabarıq şəkildə nəzərə çarpır: "Bizdə elə bilirlər ki, saytın hazırlanması üçün 200-300 manat ayırmaqla iş bitir. Əslində isə informasiya ehtiyatlarının təhlükəsizliyinin mühafizəsi dövlətin güc strukturlarının mühafizəsi səviyyəsində təşkil edilməlidir. Yəni bu sahəyə cavabdeh olanların peşəkarlığı, ayrılan vəsaitin məbləği artırılmalıdır. Kadr hazırlığı çox vacib məsələdir. Çünki hər həftə yeni virus proqramları, proqram dağıdan texnologiyalar kəşf edilir. Peşəkarlar da bunun müqabilində antivirus proqramları tərtib edirlər. Dövlətin informasiya təhlükəsizliyinə cavabdeh olanlar dünyada gedən proseslərdən xəbərdar olmalıdırlar. Təbii ki, bunun üçün bu sahəyə ayrılan vəsait nəzərə çarpacaq dərəcədə artırılmalıdır".
O.Gündüz saytların mühafizəsi məsələsinə toxunaraq bildirdi ki, Azərbaycanda bu problemin kökü bu məsələlərə cavabdehlik daşıyan qurumun olmamasındadır. Daha dəqiq desək, dövlət internet ehtiyatlarının qorunmasına üç qurum – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Prezident Yanında Xüsusi Mühafizə Xidməti cavabdehlik daşıyır. Bu isə pərakəndəlik yaradır.
"Fikrimcə, belə ciddi məsələyə məsul bir qurum olmalıdır. Bunun üçün isə yeni təşkilat yaratmağa ehtiyac yoxdur. Sadəcə, yuxarıda adıçəkilən qurumlardan biri Azərbaycanın informasiya təhlükəsizliyinə nəzarəti və mühafizəsini təmin etmək məsələsini öz üzərinə götürməlidir. Mən bir ekspert kimi Rabitə və İnformasiya Nazirliyini məqsədəuyğun hesab edərdim. Çünki mühafizənin sözügedən nazirliyin himayəsinə verilməsi ilə problemi mərhələli şəkildə həll etmək mümkündür", – deyə O.Gündüz qeyd etdi.
Onun bildirdiyinə görə, əslində hər il ölkə ərazisindəki dövlət informasiya resurslarının dayanıqlığı yoxlanılmalıdır. Bu məqsədlə qanunvericilikdə sınaq laboratoriyasının yaradılması da nəzərdə tutulub. Özü də bu məsuliyyətli iş Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilib. Lakin ekspertin sözlərindən məlum oldu ki, hələlik bununla bağlı heç bir iş görülməyib.
Dövlət informasiya resurslarının vahid mərkəzdən idarə edilməsinin vacibliyini dilə gətirən O.Gündüzün fikrincə, təhlükəsizlik məsələləri ilə bağlı ciddi müzakirələrin keçirilməsinə ehtiyac var. 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV