Milli Məclisin sədri
cənab Oqtay Əsədova
Baş nazir
cənab Artur Rasizadəyə
Rabitə və İnformasiya Texnologiyaları naziri
cənab Əli Abbasova
Daxili İşlər naziri
cənab Ramil Usubova
Mobil rabitə xidmətlərinin keyfiyyətinin artırılması, Mobil operatorla istifadəçi arasındakı münasibətlərin sivil normalara uyğun qurulması üçün “Telekommunikasiya haqqında ” Qanuna dəyişikliklər və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində
Azərbaycan İnternet Forumunun
TƏKLİFLƏRİ
Son dövrlərdə Mobil telefon istifadəçilərinin sayının hədsiz dərəcədə artması ciddi problemlər də yaradıb. Təbii ki, Mobil telefon abunəçilərinin sayı artdıqca telefonlara tələbat da artır. Tələb artdıqca ucuz qiymətə telefon təklif edənlər artsa da , ölkədə mobil telefon bazarında tələb-təklif münasibətlərinin normal məcraya yönəldilməsinə ciddi zərurət duyulur.
Müşahidələr göstərir ki, Mobil telefonların itirilməsi və oğurlanması halları xeyli çoxalıb. Oğurlanmış telefonlara Operatorlar tərəfindən xidmət göstərilməsi təbii ki, istisna təşkil etmir. Təəssüf ki, ölkə Qanunvericiliyində oğurlanmış telefon aparatlarına mobil operatorlar tərəfindən xidmət göstərilməməyi təsbit olunmayıb.
Oğurlanmış telefonların vahid bazasının olmamağı hansısa bir və ya bir neçə operator tərəfindən bu cür
qeydiyyatın aparılmasını da əhəmiyyətsiz edir. Hətta oğurlanmış telefon aparatlarının tapılması ilə bağlı bəzi
Operatorlar tərəfindən müraciətlər belə qəbul edilmir.
Oğurlanmış telefon aparatlarının tapılması ilə bağlı Mobil operatorlarla hüquq –mühafizə orqanlarının birgə
fəaliyyəti ilə və bu sahədə qanunvericiliklə bağlı müəyyən problemlər mövcuddur. Oğurlanmış aparatlarla bağlı
Operatorlar və Polis orqanları tərəfindən ərizələrin qəbulu və icrası prosesinin təkmilləşdirilməsinə ciddi ehtiyac
duyulur.
Eyni zamanda “Telekommunikasiya haqqında” və “İnformasiya əldə edilməsi haqqında ” Qanunların qəbulundan
sonra abunəçilər, mobil operatorlar və dövlət arasındakı münasibətlərin beynəlxalq və yerli qanunvericiliyə uyğun
qurulması zərurətə çevrilib.
Yuxarıda qeyd olunanlarla bağlı Azərbaycan İnternet Forumu aşağıdakıları
TƏKLİF edir:
1. Mobil operatorlar və hüquq mühafizə orqanlarının birgə iştirakı ilə oğurlanmış telefon aparatlarının vahid
bazasının yaradılmasının məcburiliyi və telefon alınarkən onun oğurluq olub-olmamasını Online formada
müəyyən etməyə imkan verən İnformasiya sisteminin yaradılmasının zəruriliyi haqqında müddəalar
Telekommunikasiya haqqında Qanuna əlavə edilsin.
2. Ölkə üzrə Oğurlanmış telefonların vahid bazasının oğurluq telefonların beynəlxalq və regional məlumat
bazalarına qoşulmasının vacibliyi haqqında müddəa Telekommunikasiya haqqında Qanuna əlavə olunsun
3. Oğurlanmış telefon aparatlarına Mobil operatorlar tərəfindən xidmət göstərilməsinin qadağan edilməsi
haqqında müddəa Telekommunikasiya haqqında Qanuna əlavə olunsun
4. Oğurlanmış aparatlarla bağlı Operatorlar və polis orqanları tərəfindən vətəndaşların ərizələrinin qəbulu və
icrası prosesinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində addımlar atılsın.
5. İstifadəçilər, Mobil operatorlar və dövlət arasında münasibətlərin daha effektiv və sivil normalara uyğun
qurulması üçün “Telekommunikasiya haqqında” və “İnformasiya əldə edilməsi haqqında ” və “İstehlakçıların
hüquqlarının qorunması” haqqında Qanunların tələbləri nəzərə alınmaqla “Mobil rabitə xidmətinin göstərilməsi
Qaydaları” hazırlansın
Hörmətlə,
Osman Gündüz
"Multimedia" Mərkəzinin direktoru,
Azərbaycan İnternet Forumunun prezidenti
Əlaqə üçün :
AZ1001, Bakı, M.Əfəndiyev k. , 5
Tel.: 492-44-44
Email: info@cit.az,
Veb : www.cit.az