Saturday 27th April 2024,

Layihə haqqında

Ξ Leave a comment

“Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək” Layihəsi fəaliyyətə başlayıb

posted by

Layihə : Vətəndaşların informasiya     
              azadlığının  gerçəkləşməsinə  dəstək

Təşkilat: "İnformasiya Azadlığının inkişafı" Koalisiyası

Aparıcı  təşkilat : Multimedia İnformasiya Sistemləri 
                              və Texnologiyaları Mərkzəi

Koalisiyanın üzvləri :

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına  Yardım Assosasiyası

"Sahil" İnformasiya Texnologiyalrı  Mərkəzi

   Layihənin səbəbi

    Layihə ölkədə  Vətəndaş Cəmiyyətinin inkişafı üçün ictimai informasiyaya əlçatımlığın təmin edilməsi  sahəsində  ictimai maraqların müdafiəsi üçün  milli/regional kompaniyaların təşkilini nəzərdə tutur.   

   Apardığımız müşahidələr və monitorinqlər (www.informasiya.org ) onu deməyə əsas verir ki, vətəndaşların ictimai informasiyalara əlçatımlığının təmin edilməsi sahəsində müəyyən problemlər var. Kifayət qədər demokratik olan Informasiya  əıldə  edilməsi haqqında Qanunun reallaşması istiqamətində müəyyən problemlər mövcuddur.

    Ən əsas problem,  nəinki vətəndaşların, hətta ictimai informasiya subyektlərinin  bu qanun haqqında, onun verdiyi imkanlar haqqında məlumatsız olmasındadır.

     Fikrimizcə İnformasiya Azadlığının inkişafı üzrə Koalisiyanın formalaşdırılması bu  sahədə  xeyli fayda verə bilərdi.
   Bələdiyyələrdə , bələdiyyə qulluqçuları arasında informasiya texnologiyalarından istifadə etməklə informasiya istehsalı prosesinin qurulması sahəsində ciddi problemlər var.

Bələdiyyələrdə olan nəhəng informasiya ehtiyatlarından səmərəli və effektiv istifadə mexanizmi yoxdur.

   Müşahidələrimiz, tədqiqatlarımız və əldə etdiyimiz təcrübə göstərir ki, vətəndaş cəmiyyəti  subyektlərinin məlumatlılığını artırmaqla, onların rolunu  bu prosesdə gücləndirməklə,  ictimai informasiya qurumlarının mövcud potensialını inkişaf etdirməklə,  yeni tələblərə uyğun İnformasiya resursları yaratmaqla, informasiya açıqlığı sahəsində çalışan tərəfdaşların güclərini  cəmləşdirməklə cəmiyyətin  informasiya açıqlığına nail olmaq mümkündür.

2. Layihənin məqsədi,  nəticələr və uğur göstəriciləri

        İctimai informasiya subyektlərinin informasiya  açıqlığı üzərində Vətəndaş   cəmiyyətinin  nəzarətinin gücləndirilməsi.

       Dövlət orqanlarının İnternet resurslarının müntəzəm olaraq monitorinqinin     aparılması.

          Bələdiyyə-vətəndaş, bələdiyyə-biznes qurumları arasında, bələdiyyələrin öz aralarında çevik və effektiv qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması

          . Bakı şəhəri və regionlar üzrə   seçmə qaydada bir neçə Bələdiyyənin İnternet resursunun hazırlamaq.

          Vətəndaşlar tərəfindən ictimai informasiyanın əldə edilməsi prosesinin daha şəffaf və effektiv qurulması üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Təkliflər hazırlamaq.

          Ölkədə İnformasiya Azadlığının gerçəkləşməsinə ictimai nəzarəti  təşkil    təmin etmək, ictimai informasiya subyektlərinə metodiki dəstək göstərmək, İnformasiya azarlığını inkişaf etdirmək üçün “İnformasiya  Azadlığının inkişafı Koalisiyası” formalaşdırmaq.

Layihədən gözlənilən spesifik nəticələr.

Layihənin həyata keçirilməsi ictimai informasiyaya əlçatımlıq üçün,  vətəndaşların informasiya hüququnun reallaşması üçün münbit şərait yaradılmasına köməklik göstərəcək.

İnformasiya  sahəsi ilə əlaqəli informasiyaları özündə  cəmləşdirən İnformasiya resursu formalaşacaq.

   İctimai informasiya subyektlərinin  internet resurslarının daimi monitorinqi və vaxtaşırı Reytinq Cədvəlinin açıqlanması onlar tərəfindən ictimai əhəmiyyətli informasiyanın açıqlanması üçün məsuliyyəti artıracaq.

   Vətəndaş cəmiyyətinin qurulması üçün vacib olan dövlət, yerli özünüidarəetmə və ictimai sektorlar arasında əlaqələrin güclənməsinə müsbət təsir göstərəcək.

   Layihənin həyata keçirilməsi ilə Bələdiyyə üzvləri elektron informasiyalarla işləmək vərdişlərinə də yiyələnirlər.
   İnformasiya sahəsində çalışan ictimai subyektlərin səylərinin  birləşdirilməsi  yeni bir  vətəndaş cəmiyyəti subyektinin-
“İnformasiya  Azadlığının inkişafı Koalisiyası” -nın formalaşmasına təkan verəcək.

   Layihənin uğurlu olmasına təsir  edən faktorlar.

          Multimedia Mərkəzi tərəfindən uğurlu geniş advokasi kompaniyaları həyata keçirilib. (Geniş məlumat www.cit.az , www.informasiya.org, www.avciya.org , www.sahil.az  )

          Multimedia Mərkəzinin Informasiya sahəsi ilə əlaqəli əksər Qanun layihələrinin hazırlanması ilə bağlı  MM-də və RİTN-də yaradılan  İşçi Qrupunda iştirak etməsi.( www.cit.az )

          İnformasiya sahəsində çalışan qurumlarla uzunmüddətli birgə əməkdaşlıq

          Multimedia Mərkəzinin Informasiya sahəsi ilə əlaqəli ciddi informasiya resurslarına malik olması

     (www.cit.az, www.informasiya.org, www.belediyye.org , www.tehsil.org ,        www.aif.az , )

            – Bələdiyyələrdə  informasiya münasibətlərinin  daha effektiv qurulması istiqamətində  Multimedia Mərkəzi tərəfindən(www.belediyye.org) və AVCİYA tərəfindən gerçəkləşdirilən Layihələr.

3. Layihənin icrası . Layihənin gerçəkləşdirilməsi üçün həyata keçiriləcək tədbirlər.

3.1 İctimai informasiyaların yayılması üzərində ictimai nəzarəti təşkil etmək.

Bu  məqsədlə  İctimai İnformasiya  subyektlərinin  internet resurslarının Monitorinqi həyata keçiriləcək. Monitorinqin yekunu olaraq dövlət orqanlarının İnternet Resursların Reytinq Cədvəli hazırlanacaq.  Monitorinqlər xüsusi Metodologiya üzrə aparılacaq.

Monitorinqin yekunu əsasında hazırlanan Reytinq Cədvəli geniş ictimaiyyətə Təqdim ediləcək. Bütün informasiya  ehtiyatları www.informasiya.org -da yerləşdiriləcək.

      3.2 İctimai informasiyaların açıqlanması vəziyyətini ictimailəşdirmək,  cəmiyyətin məlumatlandırılması kompaniyasını təşkil etmək.

         Bakı şəhərində İki , Regionlarda (Lənkəranda və Bərdədə) Dəyirmi Masanın keçirilməsi nəzərdə tutulur.

3.3 Treninqlərin keçirilməsi

Vətəndaşların informasiya azadlığının gerçəkləşdirilməsi  istiqamətində İnformasiya əldə edilməsi haqqında Qanunun izahı ilə bağlı Bələdiyyə üzvləri və Bələdiyyələrin informasiya məsələləri üzrə nümayəndələri üçün seminarlar təşkil etmək.

3.4 İctimai informasiyaların daha effektiv formada yayılmasının təşkili üçün seçmə qaydada Bələdiyyələrin ( Bakı şəhəri -2, Lənkəran-1, Bərdə-1) İnternet resursunun hazırlanması.

Seçmə qaydada  4  Bələdiyyənin Veb-resursunun hazırlanması və İnternetdə yerləşdirilməsi nəzərdə tutulub. Qeyd olunan Bələdiyyələrin informasiya ehtiyatları rəqəmsal formaya keçiriləcək Internet resurslarda yerləşdiriləcək. Resurslar üçün ünvan və hostinq alınacaq.

. Regionlarda yaradılan İnternet Resursların bu regionda  keçirilən Dəyirmi Masa və ya Seminarlarda  Təqdimatların da keçirilməsi nəzərdə tutulub.

 Keçirilməsi nəzərdə tutulan Dəyirmi Masalarda Bakı şəhəri üzrə yaradılacaq İnternet Resurslar da  Təqdim olunacaq.

3.5  Problemin qabardılması və ictimailəşdirilməsi üçün geniş İnformasiya kompaniyaları  təşkil etmək.

  Bu məqsədlə Multimedia Mərkəzinə məxsus www.informasiya.org Internet resursundan    KİV –in imkanlarından istifadə ediləcək.

3.6 İnformasiya azadlığı sahəsində çalışan tərəfdaşların iştirakı ilə İnformasiya Azadlığının inkişafı Koalisiyasını  formalaşdırmaq və inkişaf etdirmək

4. Əhatə olunan əhali dairəsi

          Ərazi cəhətdən Layihə Bakı şəhərində, Lənkəran və  Bərdə  regionunda  gerçəkləşdiriləcək

         Layihə COUNTERPART İnternational tərəfindən   
  dəstəklənib

    

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV