25.05.2007
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları
Mərkəzinin
Məlumatı
“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası və onun aparıcı qurumu olan Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək“ Layihəsi çərçivəsində 06 iyun 2007- cı il tarixdə , saat 11.00-da , BMM-də “İctimai informasiyaların açıqlanmasının aktual problemləri və onların həlli sahəsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda Dəyirmi Masa keçiriləcək.
Dəyirmi Masada ictimai əhəmiyyətli informasiyaların yayılması sahəsində mövcud vəziyyət və problemlər, dövlət qurumlarının internet resurslarının bu sahədəki rolu, İnformasiya əldə olunması haqqında Qanunun icrası üzərində vətəndaş cəmiyyətinin nəzarətinin gücləndirilməsi yolları ətrafında müzakirələr aparılacaq.
Dəyirmi Masada həmçinin “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən hazırlanan “Dövlət orqanlarının internet resurslarının monitorinqinin METODOLOGİYASI” təqdim olunacaq(www.informasiya.org). Pilot Bələdiyyələrin İnternet resurslarının hazırlanması istiqamətində mövcud vəziyyət haqqında məlumat veriləcək. Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru Osman Gündüzün Layihənin expertləri Ələsgər Məmmədlinin, Azər Həsrətin və AVCIYA-nın experti Vüqar Tofiqlinin mövzu ətrafında təqdimatları olacaq.
Dəyirmi Masada müvafiq hökumət qurumlarının və Bələdiyyələrin nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Layihə Counterpart İnternasional təşkilatı tərəfindən dəstəklənib.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org