Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, dolğunluğu ilə diqqəti cəlb edir. İstifadə rahatlığı və düzənləmə baxımından bu resursu yetərli səviyyədə dəyərləndirmək olar. Sayt tələbata cavab verə biləcək həddədir. Yəni, bu saytın üzərində ciddi təkmilləşdirmə işləri aparılmasına zərurət yoxdur. Ona görə də aşağıda bu istiqamətdə tövsiyyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalara qurumun tarixi və digər rəhbərləri barədə bilgilər yetərli sayıldığı üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün vəzifəli şəxslərin e-poçt ünvanları və telefon nömrələri göstərilib. Burada yalnız quruma getmək üçün ictimai nəqliyyat barədə bilgilərə rast gəlinmir.
3. Qurumun strukturu, strukturun sxemi və aparat barədə bilgilərin, regional bölmələr və onlarla əlaqə imkanları haqqında məlumatların, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə, həmçinin qurumun tabeliyindəki informasiya sistemləri barədə ayrıntılı bilgilər verildiyi üçün əlavə tövsiyəyə gərək duyulmur.
4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə baxımından müavinlərin və başqa rəhbər şəxslərin bioqrafiyaları və əks əlaqə imkanları ayrıntılı şəkildə təqdim edildiyi üçün burada da tövsiyə verilməsinə lüzum yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar kifayət qədər aydın və dolğun təqdim edilib. Həmçinin, qurumdaxili əmr və qərarların və onların reyestri saytda yer aldığı üçün əlavə tövsiyəyə gərk duyulmur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər də təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalara, əlavə xidmətlər və qaynar xətt haqda məlumatlara rast gəldiyimiz üçün burada da tövsiyəyə zərurət yoxdur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər də saytda əks etdiridiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
9. Sahə işçilərinin əmək haqları barədə məlumatların təqdim edilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında da ətraflı məlumat olduğu üçün heç bir tövsiyəyə ehtiyac duyulmur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı məlumatların saytda yerləşdirilməsinə diqqət yetirilməsi tövsiyələr sırasındadır.
12. Dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti haqqında bilgilər saytda öz əksini tapdığı üçün əlavə tövsiyəyə gərək yoxdur.
13. Saytın texniki imkanları sırasına isə abunə imkanının da daxil edilməsinə lüzum var.