Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Azərsu ASC-nin www.azersu.az.domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərsu ASC-nin www.azersu.az.domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Azərsu ASC-nin www.azersu.az. domen adlı İnternet saytının texniki imkanları və funksionallığı öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri də ayrıca e-xidmətlər bölməsinin olmasıdır. Sayt demək olar ki, bəzi bölmələr istisna olmaqla dolğunluğu ilə fərqlənir. Lakin qurumun saytında quruma gəlmək üçün marşrut və nəqliyyat, regional strukturların ünvanları, regional strukturların  əlaqə vasitələri, sahə işçilərinin tarif stavkası, büdcə və onun icrası, büdcədənkənar daxilolmalarla bağlı heç bir məlumata rast gəlinmir. Bu məlumatlar da göstərilsəydi sayt tam dolğun olardı. Bundan başqa, saytın alt qurumlarının ayrıca saytlarının hazırlanması və qurumun saytından bu saytlara keçid də təmin edilsəydi yaxşı olardı. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.         Qurumun tarixi ilə bağlı məlumatlar yetərlidir. Bunun üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

2.         Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini nəzərə alsaq, yəni, telefon, faks, onlayn müraciət, qaynar xətt, çoxlu sayda e-poçtlar təqdim olunur, lakin quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat, qurumun marşrut və sxemi barədə bilgilər göstərilmədiyi üçün bu sahənin dolğunlaşdırılmasına ehtiyac var.

3.         Qurumun strukturunun ümumi sxemi olsa da, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmir. Burada  çatışmayan bilgi həm də qurumun regional şöbələrinin ünvanları, rəhbərləri və əlaqə vasitələri haqındadır. Bu bölmələrin də doldurulması tövsiyə olunur.

4.         Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin bioqrafiyası olsa da, onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları əks etdirilmir. Həmçinin, regional şöbələrdəki rəhbərlərlə də əlaqə vasitələri və onlar haqda məlumatlar təqdim olunmur ki, bütün bu sahələrin dolğunlaşdırılması tövsiyə olunur.

5.         Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), təqdim olunan bilgilər sırasındadır. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə də geniş məlumatlar təqdim olunur. Buna görə də əlavə tövsiyəyə ehtiyac duyulmur.

6.         Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmamışdır. Buna görə də  yaxşı olardı ki, qurumun büdcəsi və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.

7.         Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.

8.         Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqda məlumatlar və boş iş yerləri haqqında elanlar təqdim edildiyi halda əlavə tövsiyəyə gərək yoxdur.

9.         Sahə işçilərinin əmək haqları barədə isə saytda heç bir bilgiyə rast gəlinmir. Bu bilgilərin saytda yer alması tövsiyələr sırasındadır.

10.       Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Lakin qurumun müəssisələri və region bölmələri haqda bunu demək olmur. Bunun üçün də alt müəssisələrin və regional şöbələrin rəhbərliklərinin də qəbul günlərinin saytda öz əksini tapması tövsiyə olunur.

11.       Tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi, tenderlərin keçirilməsi ilə bağlı elanlar saytda geniş yer almışdır. Bu üzdən də əlavə tövsiyə verilmir.

12.       Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapdığı halda, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri haqqında məlumata rast gəlinmir. Bu məlumatların da təqdim edilməsi tövsiyələr sırasındadır.

13.       Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyələr sırasındadır. Həmçinin, qurumun sosial şəbəkələrdən fasebook sosial şəbəkəsində səhifəsi mövcuddur ki, bu səhifəni aktiv hesab etmək olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV