Friday 26th April 2024,

2006

Ξ Leave a comment

www.az-customs.net – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnternet saytı

posted by

Dövlət Gömrük Komitəsinin İnternet saytı olduqca ağır açılır və ziyarətçilər üçün heç də əlverişli sayıla bilməz. Saytda faydalı məlumatlar az olmasa da faydasız və gömrüyə heç bir dəxli olmayan məlumatlar da nəzərə çarpır. Misal üçün «İlhamla irəli» başlığı altında bir neçə videoklipin saytda nə üçün yerləşdirilməsini anlamaq olmur. Müsbət hallardan biri kimi bütün səhifələrin sonunda DGK-nın e-poçt da daxil olmaqla ünvanının, telefon və faks nömrələrinin yerləşdirilməsini qeyd etmək olar. Ümumilikdə isə sayt aşağıdakı bölmələrdən ibarətdir:

• Struktur: rəhbərlik (DGK sədri və müavinlərinin telefon nömrələri və şəkilləri), mərkəzi aparat, sistemə daxil olan gömrük organları və təşkilatları (bir çoxlarının sadəcə telefon nömrələri verilib)
• Gömrük tarif siyasəti: Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri
• Gömrük rəsmiləşdirilməsi: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin keçirilməsi qaydaları, Azərbaycan Respublikasının sərhədlərində yerləşən sərhəd gömrük orqanları və onların iş rejimi
• Qanunvericilik: gömrük işi haqqında qanunvericilik (qanunlar, sərəncamlar, fərmanlar və qərarlar)
• Beynəlxalq əlaqələr: Azərbaycan gömrük xidməti inkişaf yollarında (xəbərlər, beynəlxalq əlaqələr və s.)
• Gömrük xəbərləri: «Gömrük xəbərləri» qəzetinə keçid
• Statistika: xarici ticarətin vəziyyəti (aylar və illər üzrə) və iqtisadi göstəricilərin təhlili (2003)
• Video materiallar: "Sabaha İlhamla", "Sabaha inam", "İlhamlı günlər" və s. videokliplərini yükləmək olar
• Faydalı istinadlar: bir sıra ölkələrin və beynəlxalq qurumların gömrük saytlarına keçid
• Suallar və cavablar: daha çox soruşulan suallar və onların cavabları, həmçinin sual vermək üçün onlayn forma

Nəticə olaraq onu demək olar ki, bu saytın 2003-cü ildə hazırlandığı qənaəti hasil olur. Ancaq vaxt-vaxtdan yeniləndiyi də hiss olunur. Ən qəribəsi isə odur ki, mətbuat xidməti və ya ictimai əlaqələrə məsul olan qurum haqqında burada məlumat yoxdur. Bundan başqa saytda axtarış menyusu da yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV