Saytın ana səhifəsində regionların inkişafı dövlət programının katibliyi, yoxsulluğun azaldılması üzrə katiblik, yatırımların təşviqi və məsləhət fondu və sahibkarlar şurası haqqında bilgi və onların ünvanları verilib. Bundan başqa iqtisadi xəritə və makroiqtisadi göstəricilərə keçid də ana səhifədə yer alıb. Daha sonra sənədlər, «Ernst&Young» şirkəti tərəfindən hazırlanmış yatırım layihələri, 20 yanvar 2006-cı ildə iqtisadi inkişaf naziri Heydər Babayevlə müsahibənin mətni və əlaqələr (Sahibkarlığa Dövlət Himayəsi, Dövlət Əmlakının İdarəedilməsi və Özəlləşdirilməsi Departamenti, Azərbaycanda Yatırımların Təşviqi və Məsləhət Fondu, İqtisadi İslahatlar Mərkəzi, Avropa İttifaqı – TACİS Milli Koordinasiya Bürosu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) – Dövlət Yatırım Siyasəti Və Səmərəliliyi Layihəsi (layihənin iş planı, layihənin təlim planı) bölmələri gəlir. Üst tərəfdə isə aşağıdakı bölmələr və onların tərkibinə keçidlər verilib:
• Nazirlik: rəhbərlik (nazirin və müavininin qısa bigrafiyası), mərkəzi aparat (şöbələrin adları, nazirliyin e-poçt da daxil olmaqla ünvanı, telefon və faks nömrələri), departamentlər (departamentlərin adları), nazirliyin qurumları (iki mərkəz və bir fondun adı), ümumi məlumat (nazirliyin ünvanı)
• İqtisadiyyat: makroiqtisadiyyat (Azərbaycan Respublikasının 2004 və gələn 3 il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası və prognoz göstəriciləri, Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında ekspress-məlumat), dövlət yatırımları (2004-2007-ci illər üçün Azərbaycan Respublikasının Dövlət İnvestisiya Programı layihəsi), altyapı (Su sektorunda maliyyə intizamının gücləndirilməsi Programı), sənaye (Azərbaycan Respublikasında maşınqayırma sənayesinin 2002-2005-ci illərdə İnkişaf Programı, Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Programı), agrar sənaye (Azərbaycan Respublikasında agrar bölmənin inkişafına dair Program, Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Programı), ticarət və xidmət (Azərbaycan Respublikasının xarici ticarət əlaqələri, Azərbaycan Respublikasında pərakəndə əmtəə dövriyyəsi, Əhaliyə göstərilən pullu xidmətlər)
• Yatırımlar: yatırım mühiti (yazı), ikitərəfli əlaqələr (AFR, ABŞ, Avstriya, Çin, Fransa, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə), çoxtərəfli əlaqələr (BMT, ÜTT, Aİ, MDB, GUÖAM, QİƏT, İƏT), maliyyə institutları (DB, BVF, AYİB, AİB, İİB, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Bankı)
• Sahibkarlıq: departamentin saytına keçid
• Antiinhisar: departamentin saytına keçid
• Hüquq: qanunlar (sahibkar.biz saytına keçid)
Göründüyü kimi nazirliyin ictimai əlaqələr, və ya mətbuat xidməti haqqında heç bir bilgi yoxdur. Bununla belə arxiv vardır. Daha bir çatışmazlıq isə saytın axtarış imkanlarının yoxluğudur.