Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Milli Məclisin www.meclis.gov.az internet saytının monitorinqinin nəticələri

posted by

Milli Məclisin www.meclis.gov.az  internet saytının monitorinqinin nəticələri
08 iyun 2007

 “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən Milli Məclisin www.meclis.gov.az domen adlı rəsmi saytının monitorinqi  aparılıb. Monitorinqin nəticəsi olaraq saytda İnformasiyanın mövcudluğu və həcmi ilə yanaşı onun dizayn, keyfiyyət və aktuallıq göstəriciləri analiz edilərək bir çox çatışmazlıqlar qeydə alınıb.

Milli Məclis haqqında ümumi məlumatlar

1. Sayt dizayn baxımından bir sıra standart tələblərə cavab vermir.

2. Milli Məclisin yaranma tarixi və ya onun haqqında ümumi məlumat çox keçidli verilib.

3. Prezident.az saytı istisna olmaqla digər dövlət strukturlarının saytlarına keçidlər yoxdur.

4.  Milli Məclisin öz struktur bölmələrinin fəaliyyəti haqqında məlumat keyfiyyət və aktuallıq baxımından aşağıdır.

5. Saytda deputatların təhsil və ixtisasları barədə ətraflı məlumatlar, eləcə də onlarla əlaqə formaları göstərilməyib.

6. Milli Məclisə tabe olan digər struktur bölmələrin rəhbərləri və həmin bölmələrin fəaliyyəti ilə bağlı hazırlanmış təlimat və normativ hüquqi aktlar (layihələr də daxil olmaqla) verilməyib.

7. Milli Məclisin icra aparatının ştat cədvəlləri saytda göstərilməyib.

8. Boş iş yerləri və namizədlərə verilən tələblər, işə qəbul və müsabiqə qaydaları, müsabiqənin yekunları haqqında məlumatlar yoxdur.

9. Əmr, sərəncam və qərarlar haqqında məlumatlar yoxdur və belə bir səhifə saytda nəzərdə tutulmayıb.

10. Saytda dövlət sirri təşkil edən məlumatların siyahısı yoxdur.

11. Vətəndaşların şikayət və ərizələrinə baxmaq üçün rəhbər işçilərin qəbul saatları barədə məlumatlar yoxdur.

12. Ümumiyyətlə saytda heç bir interaktiv əlaqə forması yoxdur.

Milli Məclisin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları

1. Milli Məclisi cari fəaliyyəti haqqında məlumatlar dizayn və aktuallıq baxımından aşağı səviyyədədir. Cari fəaliyyət haqqında məlumatlar yoxdur.

2. İnformasiya sahibinin reyestri, özünə  aid olan informasiya  resursları haqqında məlumatlar yoxdur.

3. Sual, təklif və sorğuların icmalı verilməyib. İnformasiya sorğuları üçün məsul şəxs göstərilməyib.

4. İnformasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar yoxdur.

5. Satınalmaların şərtləri, nəticəsi, eləcə də dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar yoxdur.

6. Kredit və informasiya sahibinin aldığı kreditlər, qrantlar, onların şərtləri və istifadəsi, müqavilələr, auksionlar, tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında məlumatlar yoxdur.

7. Komissiyaların fəaliyyəti haqqında ətraflı məlumat yoxdur.
8. Dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar yoxdur.

9. Kütləvi tədbirlərin proqramları və ya keçirilmiş kütləvi tədbirlər haqqında məlumat göstərilməyib. Uyğun istiqamət üzrə xərclənmiş büdcə haqqında ətraflı statistik məlumatlar yoxdur.

10. Dövlət büdcəsi haqqında hesabatlar yoxdur.
11. Dövlətin ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələri saytda nəzərdə tutulmayıb.

12. Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar yoxdur.

13. Dövlət orqanının səlahiyyətli nümayəndələrinin cari fəaliyyəti haqqında məlumatlar azdır və aktuallıq baxımından aşağıdır.

 Göstərilən xidmətlərə dair məlumatlar
1. Əhaliyə göstərilən ictimai xidmətlər barədə məlumatlar yoxdur.

2. OnLine xidmətlər saytda nəzərdə tutulmayıb.

3. Müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və icazələrlə  bağlı formalar və onların doldurulmuş nümunələri, tələb olunan  sənədlərin siyahısı yoxdur.

Sayt olan texniki tələbatlar
1. Digər geniş yayılmış xarici dildə sayt açılmır.

2. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi yoxdur.

3. Saytda şrift problemi vardır. Konstitusiya bloku səhifəsi normal şriftlə açılmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV