Ədliyyə Nazirliyinin www.justice.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
14 iyun 2007
Ədliyyə Nazirliyinin www.justice.gov.az domen adlı rəsmi internet saytının aparılmış monitorinqi nəticəsində məlumatların həcmi və aktuallığına görə Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin № 033 16/02/2007 il tarixli "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları" qərarının tələblərinə cavab vermə prinsipləri araşdırılmışdır. Sayt standart tipli yaradılıb və bir çox məsələləri özündə əks etdirməklə yanaşı bəzi çatışmayan cəhətlər vardır. Saytda əsas məqamlar aşağıda göstərilmışdır:
Ədliyyə Nazirliyi haqqında ümumi məlumatlar
1. Ədliyyə Nazirliyinin ancaq öz struktur sxemi və nazir, nazir müavinləri haqqında məlumat vardır. Onun strukturuna daxil olan digər ədliyyə orqanlarının fəaliyyəti və rəhbərləri haqqında məlumat yoxdur. Onu da qeyd etmək lazımdır ki, struktur sxem qrafiki formatda verilmişdir. Belə formatda olan səhifələr adətən gec yüklənir və vaxt aparır.
2. Nazirliyin aparatı və ona tabe olan ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı hazırlanmış təlimat və normativ hüquqi aktlar haqqında məlumata az yer verilib və yeniləşdirilmir.
3. İşə qəbul qaydaları, namizədlərin işə qəbulu üçün test imtahanının sual nümunələri saytda ətraflı göstərilsə də konkret boş iş yerləri haqqında məlumat verilməyib.
4. Ştat cədvəlləri və ona uyğun əmək haqları saytda göstərilməyib.
5. Əmr, sərəncam və qərarlar saytda nəzərdə tutulmayıb.
6. Saytda Azərbaycan dövlətinin atributları haqqında geniş məlumat verilmişdir. Ancaq həmin səhifədə məlumatlara uygun digər saytlara keçidlər qoyulmamışdır.
7. Kollegiya blokunda üzvlər haqqında məlumat vardır. Lakin baxılan məsələlər və onun nəticələri haqqında informasiya yoxdur.
Ədliyyə Nazirliyi fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları1. Nazirlik aparatının cari fəaliyyəti haqqında məlumatların aktuallığı aşağıdır və yeniləşmir.
2. İnformasiya sahiblərinin reyestri, özünə aid olan informasiya resursları yoxdur.
3. Şikayət, təklif və sorğuların icmalı verilməyib.
4. Ümumiləşdirilmiş statistik məlumatlar yoxdur.
5. Əhaliyə hüquqi yardım səhifəsində informasiya həcmi azdır.
6. Nazirliyin balansında olan dövlət əmlakı, alqı-satqı əməliyyatı aparılırsa, əmlak üzərində əmlak hüquqlarının dəyişməsi barədə və əmlakdan istifadəyə aid informasiya yoxdur.
7. Kreditlər, qrantlar, onların şərtləri və istifadəsi, tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında məlumatların yerləşdirilməsi nəzərdə tutulmayıb.
8. Nazirliyə ayrılmış dövlət büdcəsinin və büdcənin icrası barədə hesabatlar yazılmayıb.
9. Kütləvi tədbirlər keçirilməsi və onun proqramları haqqında məlumat yoxdur.
Göstərilən xidmətlərə dair məlumatlar.1. İstifadəçilərlə əlaqə forması olsada, “OnLine” xidməti yoxdur.
Sayt olan texniki tələbatlar
1. Videoqalereya blokunda heç bir video effekt yoxdur.
2. Xəbərlərə abunəçilik forması yaradılmayıb.
3. “Əsas səhifə” və “beynəlxalq hüquq əməkdaşlıq” səhifələrindəki məlumatlar təkrarlanır.
4. Saytın ingilis dilli versiyasında bəzi səhifələr doldurulmayıb.
5. Əlaqə blokunda bəzi antivirus proqramları müəyyən təhlükənin olması haqqında xəbərdarlıq edir.