Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti www.agdam-ih.gov.az İnternet resursu normal görünüşə malik olasa da, əvvəlki illərdən hec nə ilə fərqlənmir. Sayt informasiyalarin operativliyi cəhətdən və bir sıra bölmələr üzrə bilgi kasadlığı, gözəçarpacaq dərəcədə dəyişikliyin edilməməsi ilə diqqət çəkir. Bəzi bölmələrin (elektron müraciət, elektron xidmətlər) boş olması və təqdim edilməsi gərəkli olan bilgilərin olmaması gözdən qaçmır.
Beləliklə, Ağdam Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayon haqqındakı bilgilər kifayət qədərdir, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə heç bir məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilsə də, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar olsa da, onlarla əlaqə nəmrələri sadəcə şəhər telefonu göstərilməklə kifayətlənilir, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər verilmir.
5. Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də saytda heç bir bilgiyə rast gəlinmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yoxdur.
7. Qurumun təklif etməli olduğu xidmətlər sırasında yalnız onlayn müraciət imkanı təqdim edilir, mütləq və əlavə xidmətlər haqqında isə heç bir bilgi verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Həmçinin qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilər də təqdim edilməyən bilgilərdəndir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər olsa da, nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər yoxdur.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Lakin onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı verilmir.