Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az ünvanlı İnternet saytı, icmalda də qeyd etdiyimiz kimi çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Sahənin keçmiş rəhbərləri haqda geniş bioqrafik bilgilərin, onlayn imkanının mövcudluğu, vətəndaşların qəbulu ilə bağlı prosedurların izahı, həmçinin dövlət qurumunun ünvanı, qurumun xarici ölkələrdəki bütün təşkilatları, onların ünvanları, rəhbərləri ilə əlaqə vasitələri haqda saytda geniş bilgilər təqdim edilir. Yuxarida da qeyd etdiyimiz kimi, saytda Azərbaycanla bağlı məlumatları əldə etmək mümkündür. Amma bununla bərabər, çatışmayan bilgilərin də sayta qoyulması nəticəsində daha dolğun resurs təqdim etmək mümkündür. Məsələn, saytda quruma işə qəbul qaydaları, boş iş yerlərinin elanları, büdcə, tender elanları, quruma gəlmək üçün marşrut, rəhbər işçilərin tarif stavkası kimi məlumatlara rast gəlinmir ki, bu bilgilərin də təqdim edilməsi tövsiyə olunur. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, çoxlu sayda e-poçtlar təqdim olunur, burada çatışmayan məlumat quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədəa bilgilərdir. Bu məlumatın göstərilməsi tövsiyə edilir.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin bioqrafiyası təqdim olunsa da, onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilmir. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə əks etdirilir. Bu sahədə tövsiyəmiz bundan ibarətdir ki, rəhbərin müavinlərinin və struktur bölmə rəhbərlərinin də bioqrafik məlumatları təqdim edilsin.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyəyə ehtiyac yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmayan bilgilərdəndir. Yaxşı olardı ki, büdcə və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyəyə gərk duyulmur.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanların saytda yerləşdirilməsi tövsiyələr sırasındadır.
9. Növbəti tövsiyə sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi barədədir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında saytda heç bir məlumat yoxdur. Bu məlumatların da sytda yer alması tövsiyə olunur.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapdığından əlavə tövsiyəyə gərək duyulmur.
13. Saytın texniki imkanları sırasına qaynar xətt imkanının da əlavə edilməsi tövsiyələr sırasındadır. Həmçinin saytda şəkillərin açılması məsələsinə də diqqət yetirilməsi tövsiyə olunur. Sosial şəbəkələrdən hamısında saytın səhifəsinə rast gəlmək mümkündür. Bu da təqdirəlayiq hal sayılır.