Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı

TÖVSİYƏLƏR

17 iyun 2007

Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu olaraq  saytın daha keyfiyyətli və mövcud standartlara cavab verməsi üçün  “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən hazırlanan tövsiyələr :

Milli Təhlükəsizlik Nazirliyi haqqında

1.      Milli Təhlükəsizlik Nazirliyi haqqında  daha  geniş məlumat əldə etmək üçün nazirliyin strukturu və onun strukturuna daxil olan digər orqanlar haqqında Saytda məlumat verilsə yaxşı olardı.

2.      Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri daxilində nazirliyin aparatı və ona tabe olan  orqanlarının fəaliyyəti ilə bağlı hazırlanmış təlimat və normativ hüquqi aktların verilməsi faydalı olardı.

3.      Yaxşı olardı ki,  nazirin və digər rəhbər vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlar ayrıca səhifədə göstəriləydi.

4.      Nazirlik aparatının ştat cədvəlləri, boş iş yerləri, işə  qəbul və müsabiqə qaydaları haqqında məlumatın saytda  yerləşdirilməsi  səmərəli olardı.

5.      Nazirliyi öz daxili əmr, sərəncam və qərarların saytda öz əksini tapması məqsədə uyğun olardı.

6.      Rəhbər işçilərin qəbul saatları, telefon və faks nömrələri və vətəndaşların qəbul  qaydaları barədə məlumatların verilməsi bir çox əhəmiyyətli məsələlərin həllini sürətləndirmiş olardı.

 Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti barədə. Büdcə və büdcə proqnozları

1.      Nazirliyin cari fəaliyyəti haqqında məlumatların ardıcıl olaraq yeniləşməsi daha çox istifadəçilərin tez-tez sayta müraciət etməsinə səbəb olardı.

2.      Yaxşı olardı ki, saytda informasiya sorğularının tərtib olunması bölməsi olsun və   şikayət və sorğuların icmalı nəzərdə tutulsun. Bundan başqa informasiya  sorğuları  üçün məsul  şəxs göstərilsin.

3.      Beynəlxalq müqavilələr haqqında informasiyanın verilməsi yaxşı olardı.

4.      Nazirliyə ayrılmış büdcə, dövlət büdcəsinin xərclənməsi barədə hesabatların verilməsi qanunda öz əksini tapmış standart tələblərdən biridir. Ona görə büdcə haqqında məlumatların yerləşdirilməsi məqsədə uyğun olardı.

5.      Bu  nazirliyin  satınalmaları haqqında ,  kechirdiyi  tenderlər  haqqında,  sifarishləri haqqında saytda məlumat  verilməsi  faydalı olardı.

Göstərilən xidmətlərə dair məlumatlar

1.    İstifadəçilər üçün “OnLine”  müraciət imkanı təşkil olunsa yaxşı olardı.

Sayt olan texniki tələbatlar

1.      Xəbərlər bloku yaradılsa nazirliyin fəaliyyəti haqqında informasiya istifadəçiyə daha tez çatardı.

2.    Yaxşı olardı ki, digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər qoyulsun.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV