Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
15 iyun 2007
Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılmış və informasiya azadlığı haqqında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmışdır. Monitorinqin nəticələri
Milli Təhlükəsizlik Nazirliyi haqqında
1. Saytın müsbət cəhətlərindən Azərbaycan təhlükəsizlik orqanlarının tarixinin eləcə də nazirliyin əsas vəzifələrindən biri olan kəşfiyyat, əks-kəşfiyyat fəaliyyət, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində fəaliyyətinin işıqlandırılmasıdır. Eyni zamanda ermənistan-azərbaycan, dağliq qarabağ münaqişəsi, terrorizmlə mübarizə və bu sahədə görülən işlər haqqında ətraflı məlumat verilmişdir.
2. Lakin saytda nazirliyinin strukturu və onun strukturuna daxil olan digər orqanlar haqqında məlumat yoxdur.
3. Eyni zamanda nazirliyin və onun struktur bölmələrinin fəaliyyəti ilə bağlı təlimatlar və normativ hüquqi aktlar verilməyib.
4. Saytda təkcə nazirin tərcümyi-halı verilib. Digər vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə və onlarla əlaqə forması göstərilməyib.
5. Ştat cədvəlləri, boş iş yerləri, işə qəbul və müsabiqə qaydaları haqqında heç bir məlumat yoxdur.
6. Nazirliyin özünün əmr, sərəncam və qərarları saytda öz əksini tapmayıb.
7. Rəhbər işçilərin qəbul saatları, vətəndaşların qəbul qaydaları barədə məlumatlar yoxdur.
8. Ünvan, telefon və faks nömrələri ilə yanaşı, ancaq nazirliyin elektron poçt ünvanı saytda göstərilib. Digər məsul şəxslərin elektron ünvanı haqqında məlumat yoxdur.
Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları
1. Dövlət orqanının cari fəaliyyəti haqqında məlumatlar azlıq təşkil edir və ardıcıl olaraq yeniləşmir.
2. Saytla bağlı təkliflər bölməsi olsa da informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları, şikayət və sorğuların icmalı nəzərdə tutulmayıb. Bundan başqa informasiya sorğuları üçün məsul şəxs göstərilməyib.
3. Beynəlxalq münasibətlər digər ölkələrin təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq barədə xəbər olsa da, müqavilələr və ya onların açıqlanması xüsusi qanun əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiya verilməyib.
4. Nazirlik tərəfindən gerçəkləşdirilən satınalmalar, sifarişlər haqqında məlumat yoxdur.
5. Sahəyə aid dövlət büdcəsi, dövlət büdcəsinin xərclənməsi barədə hesabatlar saytda verilməyib.
6. Nazirliyin dövlət əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqram layihələrinin həyata keçirilməsi üçün görünən işlər haqqında məlumatlar verilməyib.
Göstərilən xidmətlərə dair məlumatlar
1. OnLine xidməti nəzərdə tutulmayıb.
2.
Sayt olan texniki tələbatlar 1. Sayt texniki cəhətdən düzgün hazırlanıb və müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.
2. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat bazaları üzrə axtarış sistemi vardır.
3. Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər təşkil edilməyib.