Tuesday 03rd December 2024,

2015

Ξ Leave a comment

Dövlət Dəniz Administrasiyasının www.ardda.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Dövlət Dəniz Administrasiyasının www.ardda.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının www.ardda.gov.az domen adlı internet saytı dolğun və daha təkmil olması ilə dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Yuxarıda qeyd etdiyimiz kimi, qurumda Azərbaycan Respublikasının dəniz nəqliyyatı haqqında, gəmilər barədə bilgilər yer alır. Xəzər Dənizi barədə isə ayrıca Xəzər bölməsi yaradılıb ki, burada  ətraflı məlumatlar yer tutur. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Rəhbər işçilərin tarif stavkası, aparat, kollegiya, rəhbərin müavinlərinin və struktur bölmələrinin rəhbərlərinin bioqrafik bilgiləri, sahə işçilərinin əmək haqları, qurumun büdcəsi, boş iş yerləri haqda elanlar və s. məlumatlar saytda öz əksini tapmır. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı informasiyalar yetərli sayıla bilər. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin əlavə edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.

3. Qurumun strukturu haqqında təqdim edilmiş bilgilərlə yanaşı natamam təqdim edilmiş olan qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqındakı bilgilərin ətraflı şəkildə saytda yerləşdirilməsi tövsiyə olunur.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərin, əks əlaqə imkanlarının da təqdim edilməsi tövsiyə olunur.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək duyulmur.

6. Növbəti tövsiyə qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə olan məlumatların saytda əks etdirilməsi ilə bağlıdır.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar saytda öz əksini tapdığından əlavə tövsiyəyə ehtiyac duyulmur. Yalnız yaxşı olardı ki, saytda Qaynar Xətt əks etdirilsin

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar yarımçıq da olsa təqdim olunur.  Buna görə də bu məlumatların geniş təqdimatına ehtiyac duyulur.

9. Sahə işçilərinin əmək haqları barədə isə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə olan məlumatların təqdim edilməsi tövsiyələr sırasındadır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün burada da əlavə tövsiyəyə gərk duyulmur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları və nəticələri haqqındakı bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.

13. Saytın texniki imkanları sırasına abunə imkanının əlavə edilməsi, həmçinin sosial şəbəkələrdə səhifəsinin yaradılması və axtarış sisteminin fəaliyyətinin bərpa olunması tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV