25.06.2007
Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin
Məlumatı
29 iyun 2007-ci il tarixdə saat 10.00-da, BMM-də Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv mexanizmlərinin yaradılması” mövzusunda Seminar keçiriləcək. Seminarda Bakı şəhəri Bələdiyyələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Seminarda İnformasiya əldə edilməsi haqqında Qanunun tələblərinə uyğun olaraq ictimai informasiyaların açıqlanması üçün daha effektiv metodların tətbiqi istiqamətində , İnternet resurslar vasitəsilə ictimai informasiyaların açıqlanması üçün gərək olan bacarıq və vərdişlərin Bələdiyyələrdə formalaşması istiqamətində ekspertlərin çıxışları və təqdimatları olacaq. Layihə çərçivəsində hazırlanan saytlar vasitəsilə ictimai informasiyaların yerləşdirilməsi və açıqlanması qaydaları Bələdiyyə üzvlərinə və qulluqçularına nümayiş olunacaq.
Seminar Counterpart İnternational təşkilatının dəstəyi ilə “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyası tərəfindən gerçəkləşdirilən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək“ Layihəsi çərçivəsində keçirilir.
Multimedia Mərkəzi
492-44-44
info@informasiya.org