Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
20 iyun 2007
Vergilər Nazirliyi www.taxes.gov.az domen adlı rəsmi internet saytının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bəzi tövsiyələr edilmişdir:
Vergilər Nazirliyi haqqında
1. Ölkədə mövcud kompüterlərin böyük əksəriyyətinin gücü kifayət qədər olmadığından zəngin informasiya ehtiyatına malik internet resursun daha sürətli açılması imkanlarına diqqət yetirilməsi faydalı olardı.
2. Ştat cədvəlinin daha geniş formada saytda yerləşdirilməsi tövsiyə olunur.
3. Öz sahəsində dövlət sirri təşkil edən məlumatların saytda öz əksini tapması yaxşı olardı.
Vergilər Nazirliyinin fəaliyyəti barədə. Büdcə və büdcə prognozları
1. Beynəlxalq müqavilələr və ya onların əsasında qəbul edilən normativ aktlar haqqında informasiya verilməsi məqsədə uyğunudur.
2. Dövlət satınalmaları, tenderlər haqında daha ətraflı məlumatların vsaytda yerləşdirilməsi səmərəli olardı.
3. Dövlət büdcəsindən verilmiş vəsaitin xərclənməsi haqqında hesabatlar, planda nəzərdə tutulmuş istiqamət üzrə xərclənmiş büdcə haqqında ətraflı statistik məlumatlar göstərilsə faydalı olardı.
Xidmətlər
1. Online xidmətlərin göstərilməsində kifayət qədər təcrübəsi olan bu qurum tərəfindən digər xidmətlərin də interaktiv və onlayn formalarının yaradılması faydalı olardı