Saturday 23rd November 2024,

2015

Ξ Leave a comment

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-comitee.gov.az domen adlı internet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-comitee.gov.az domen adlı internet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-comitee.gov.az domen adlı internet saytında bir sıra bölmələr üzrə bilgilər geniş verilsə də bəzi sahələr haqda bunu demək mümkün deyil. Qurumun saytında komitənin yerləşmə planı adlı bölmədə quruma getmək üçün ünvan, xəritə, marşrut sxemi, və istifadə edilən ictimai nəqliyyat haqqında geniş bilgi verilmişdir. Saytda struktur rəhbərləri, tabe departamentlər, şəhər və rayon filiallarının rəhbərləri, onlarla əlaqə vasitələri də təqdim edilmişdir ki, bu da təqdirəlayiq hal sayılır. Saytda layihələr bölməsində qaçqın və məcburi köçkünlərlə görüşlər haqda ətraflı bilgi verilir. Bundan başqa saytda 2004-2008-ci illər, həmçinin 2009-2014-cü illər ərzində görülən işlər barədə də məlumatlar təqdim edilir. Qurumun büdcəsi, büdcədənkənar layihələr haqda bilgilər də qismən təqdim edilir. Qurumun saytında e -xidmətlər bölməsi, elektron müraciət və vətəndaşların qəbul günləri də öz əksini tapıb ki, müəyyən xidmətlər bu yolla təklif edilir. Bununla belə, saytda bir sıra gərəkli bölmələr üzrə bilgilər verilmir. Məsələn, qurumun rəhbəri və struktur rəhbərləri haqda bioqrafik məlumatlara rast gəlinmir. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi ilə bağlı ətraflı məlumat verilmişdir.  Ölkədəki qaçqınların sayı, Azərbaycanda məcburi köçkünlərinin yaranma səbəbləri, ermənilər tərəfindən işğal olunmuş ərazilər  haqda geniş bilgilər təqdim edilir.  Qurumun rəhbər işçiləri haqda isə saytda natamam bilgi yer almışdır.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri, e-poçt təqdim edilir. Komitənin yerləşmə planı adlı bölmədə quruma getmək üçün ünvan, xəritə, marşrut sxemi və istifadə edilən ictimai nəqliyyat haqqında geniş bilgi verilmişdir.

3. Qurumun strukturunun sxemi və aparat barədə bilgi, regional bölmələr barədə, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri haqqında, qurumun tabeliyindəki informasiya sistemləri barədə də bilgi saytda əks etdirilmişdir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə olsa da, rəhbərin bioqrafiyası əks etdirilmir. Həmçinin, müavinlərin və başqa rəhbər şəxslərin də bioqrafiyaları təqdim edilmir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar baxımından mətbuat üçün açıqlamalar təqdim olunmuşdur. Həmçinin qurumdaxili əmr və qərarlar, onların reyestri barədə bilgilər də mövcuddur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında ümumi bilgi təqdim edilir.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar və qaynar xətt təqdim edilsə də, əlavə xidmətlər barədə bilgi verilmir.

8. Təəssüf ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi təqdim edilmir.

9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək mümkündür. Yəni, bu barədə də məlumata rast gəlinmir.

10. Vətəndaşların qəbul günləri və saatları barədə və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi təqdim edilir.  Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi də göstərilmişdir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir qayda və elanlar haqqında məlumat sadytda yer almır.

12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqındakı bilgilər təqdim edilən bilgilərdəndir.

13. Sayt texniki imkanlar baxımından yaxşıdır. Burada çatışmayan abunə imkanı və sosial şəbəkələrdə səhifəsinin olmamasıdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV