Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Nəqliyyat Nazirliyinin www. mot.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Nəqliyyat Nazirliyinin www. mot.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
24 iyun 2007

Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı rəsmi internet saytının MONİTORİNQİ aparılıb. Monitoriq nəticəsində məlum olmub ki, saytda  xeyli iformasiya  yerləşdirilsə də bir sıra çatışmayan cəhətlərvar. Monitorinqin nəticələri aşağıda göstərilmıb:

Nəqliyyat Nazirliyi haqqında ümumi məlumatlar
1. Nəqliyyat Nazirliyinin yaranma tarixi, struktur sxemi, nazir, nazir müavinləri və onun digər şöbələrinin vəzifəli şəxsləri barədə ətraflı məlumat verilib. Müsbət haldır ki, hər bir vəzifəli şəxsin tərcümeyi halı ilə yanaşı onun telefonu, e-mail ünvanı və vətəndaşların qəbul qrafiki göstərilmişdir.

2. Nazirlik aparatının ştat cədvəli və ona uyğun əmək haqları verilməyib. Eyni zamanda boş iş yerləri, işə  qəbul və müsabiqə qaydaları haqqında heç bir məlumata rast gəlinmir.

3. Nazirlər Kabinetinin  qərar və sərəncamlarına yer verilib. Ancaq nazirliyin öz daxili əmr, sərəncam və qərarları saytda nəzərdə alınmayıb.

4. Müsbət hal kimi saytda bir çox məsələlərin hüquqi həllini tapmaq üçün istifadə olunan qanunlar toplusu və təlimatların ətraflı verilməsini qiymətləndirmək olar. Bundan başqa Nazirliyin struktur bölmələrinin fəaliyyəti ilə bağlı hazırlanmış təlimatlar və normativ hüquqi aktlar saytda verilib. Lakin öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı isə yoxdur.

Nəqliyyat Nazirliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları

1. Nazirlik aparatının cari fəaliyyəti haqqında məlumatların həcmi aşağıdır.

2. İnformasiya sahiblərinin reyestri, özünə  aid olan informasiya  resursları yoxdur.

3. Şikayət, təklif və sorğular üçün yer verilsə də onların icmalı verilməyib.

4. İnformasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları olsa da göndərilmiş sorğulara nazirlik tərəfindən reaksiya verilmir.

5. Ümumiləşdirilmiş statistik məlumatlar saytda öz əksini tapıb.

6. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin və nəqliyyat-yol kompleksinə daxil olan qurumların nəqliyyat sahəsinə dair beynəlxalq təşkilatlarla əlaqələri barədə məlumat verilib.

7. Nazirliyin apardığı alqı-satqı əməliyyatı, Kreditlər və qrantlar, ,dövlət  satınalmaları, tender haqqında və ya qarşıda həyata keçirilməsi nəzərdə tutulan belə əməliyyatlardan xəbər verilmir.

8. Nazirliyə ayrılmış dövlət büdcəsinin və büdcənin icrası barədə hesabatlar saytda yoxdur.

9. Dövlət orqanının səlahiyyətli  nümayəndələrinin çıxışları və kütləvi tədbirlər keçirilməsi və onun proqramları haqqında məlumat yoxdur.

Göstərilən xidmətlərə dair məlumatlar.

1. Əhaliyə göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında məlumatların verilməsi nəzərdə tutulmayıb.

2. İstifadəçilərlə əlaqə forması olsada, “OnLine”   xidməti yoxdur.

3. Müxtəlif  xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.

Sayt olan texniki tələbatlar
1. Saytın ingilis dilli versiyasında səhifələr doldurulmayıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV