Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az ünvanlı İnternet saytı daha dolğun və daha təkmil olması ilə dərhal diqqəti cəlb edir. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Dövlət Gömrük Komitəsinin saytında sahə ilə əlaqəli bütün məlumatlara demək olar ki, rast gəlinir. Rast gəlinməyən bilgilər – rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası , quruma gəlmək üçün nəqliyyat vasitələri haqda məlumatlar, tender və yarışmalarla bağlı elanlardır.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar – qurumun tarixi, rəhbərləri haqqında məlumat və kollegiya, dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatlar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin əlavə edilməsi tövsiyə olunur.
3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu haqqında məlumatlar, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar yetərincə olduğu üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
4. Rəhbər işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə dolğun bilgilərin, regional bölmələrin ünvanları, əlaqə vasitələri, rəhbərlərinin qəbul günləri haqda bilgilər də yetərli sayıla bilər. Bu bölməyə yalnız regional qurumların rəhbərləri haqda bioqrafik bilgilərin əlavə edilməsi tövsiyə olunur.
5. Qurumun saytında mətbuat üçün açıqlamalar mütəmadi olaraq yenilənir. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək duyulmur.
6. Saytda qurumun büdcəsinə aylıq daxilolmalarla bağlı məlumat təqdim edilsə də. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər daha ətraflı əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər, əlavə xidmətlər, elekton xidmətlər, cağrı mərkəzi,onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında geniş bilgilər təqdim edilir. Bu üzdən də əlavə tövsiyə söylənilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər verildiyi üçün əlavə tövsiyə verilmir.
9. Qurumun saytında rəhbər, onun müavinləri və struktur bölmələrinin rəhbər işçilərinin mövcud tarif stavkası barədə bilgi də təqdim edilməyən məlumatlardandır. Bu bilgilərin sayta daxil edilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər geniş təqdim edildiyi üçün, həmçinin qurumun rəhbərinin video qəbulu da saytda yer aldığı üçün bu sahədə heç bir əlavə tövsiyəyə gərək duyulmur.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar və nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin saytda yerləşdirilməsi tövsiyələr sırasındadır.
12. Dövlət qurumunun cari norma (qanun) yaratma fəaliyyəti barədə təqdim edilmiş bilgilər sırasına həmçinin bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtlərinin əlavə edilməsi tövsiyə olunur.
13. Dövlət qurumunun internet resursu mövcud qaydalara uyğundur. Saytın istifadəsi rahatdır. Sosial şəbəkələrdə səhifələri aktivdir. Əks-əlaqə üçün onlayn imkanlar mövcuddur. Bunlarla yanaçı saytın texniki imkanları sırasında abunə imkanının da əlavə edilməsi tövsiyə olunur.