Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen adlı İnternet saytının Monitorinqinin yekunu (İCMAL)

posted by informadmin
Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen adlı İnternet saytının Monitorinqinin yekunu (İCMAL)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az ünvanlı İnternet saytı məlumat bolluğu və bilgi içərisinin dolğunluğu ilə diqqəti cəlb edir. Azərbaycan Gömrük Komitəsinin saytında təqdim olunan gömrük ödənişləri, terminlər lüğəti, gömrük tarifləri, Azərbaycan Gömrük Muzeyləri, Gömrük Akademiyası, Səyahətçilər üçün məlumat, Mərkəzi Gömrük Hospitalı, Mərkəzi Gömrük Ekspertiza İdarəsi, Mobil Gömrük Bölmələri ilə əlaqə, Kinoloji Mərkəz, gömrük əməkdaşlarının vətəndaşlarla davranış qaydaları, elektron xidmətlər və s. bölmələrindən ziyarətçilər kifayət qədər məlumat əldə edə bilərlər. Bundan başqa, saytda Çağrı Mərkəzi, valyuta məzənnəsi, qurum rəhbərinin vətəndaşları bölgələrdə qəbul edəcəyi ilə bağlı məlumatlar və qurum rəhbərinin virtual qəbulu da öz əksini tapmışdır. Bundan başqa, qurumun saytında yenilənmə prosesi getdiyi üçün Gömrük Muzeyləri bölməsində təşkil olunan virtual tur ziyarətçilərin marağına səbəb olur. Bir sözlə, qurumun saytı kifayət qədər dolğundur, amma bəzi çatışmazlıqlar da mövcuddur ki, aşağıda onlara toxunacağıq. Saytın xəritəsi hazırlıq ərəfəsindədir. Regional mərkəzlərin ünvanları, əlaqə vasitələri təqdim edilsə də, rəhbərləri haqda heç bir məlumat verilmir. Qurumda aylıq büdcə daxilolmaları göstərilsə də, sahə işçilərinin əmək haqqı, tender və hərraclar haqqında heç bir bilgiyə rast gəlinmir. Həmçinin, quruma getmək üçün nəqliyyat vasitələri ilə bağlı da məlumat yoxdur. Qurumun saytında faydalı istinadlar bölməsində digər ölkələrin gömrük orqanlarının sayt ünvanları və Azərbaycanda fəaliyyət göstərən dövlət orqanlarının saytlarına birbaşa keçmək mümkündür ki, bu da saytı digər saytlardan fərqləndirir. Saytda xarici ticarətin vəziyyəti haqqında arayış, ölkələr üzrə xarici ticarətin gömrük statistikası, ən çox idxal olunan mallar və ən çox ixrac olunan mallar, malların nomenklaturası bölmələri də fəaliyyət göstərir ki, buradan lazımlı bilgilər əldə etmək mümkündür. Beynəlxalq əlaqələr bölməsində gömrük orqanlarının beynəlxalq əlaqələri illər üzrə təsnifatlandırılıb.

Beləliklə, saytın ümumi mənzərəsi aşağıdakı kimidir:

1. Qurum ilə bağlı təqdim edilmiş məlumatlar- qurumun tarixi, rəhbərləri və kollegiya, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatlar haqqında məlumatlar yetərli sayılır.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar barədə qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da saytda yetərincə məlumarlar yerləşdirilmişdir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilsə də, regional qurumların rəhbərləri haqda bioqrafik bilgilərə rast gəlinmir.

5. Qurumun saytında mətbuat üçün açıqlamalar mütəmadi olaraq yenilənir. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumdaxili əmr və qərarlar da saytda təqdim edilən bilgilərdəndir. Həmçinin dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və bu bölmədə yetərli məlumatlar da vardır.

6. Qurumun büdcəsi və onun icrası haqqında məlumat, həmçinin büdcədənkənar  daxilolmalar və onların istiqamətləri barədə informasiya təqdim edilir.

7. Komitənin təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, çağrı mərkəzi və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında  işə qəbulun norma və qaydaları barədə, qövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə olan bilgilər saytda təqdim edilir.

9. Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası haqda məlumatlar saytda göstərilməyib.

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları göstərilir, həmçinin qurumun regional şöbələrində rəhbər işçilərin vətəndaşları qəbul vaxtı da təqdim edilmişdir. Qurumun saytında qurum rəhbəri tərəfindən vətəndaşların videoqəbulu da keçirilir ki, bu da qurumun işinin operativliyindən vəbər verir. Bundan başqa, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında bilgilər də saytda əks etdirilir.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar öz əksini tapmır. Həmçinin tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.

12. Dövlət qurumunun cari norma (qanun) yaratma fəaliyyəti və bütün mümkün normativ aktların layihələrinin tam mətni təqdim edilmişdir. Təqdim edilməyən bilgi yalnız  bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləridir.

13. Saytın texniki imkanları qəznaətbəxşdir. Saytın xəritəsi hazırlıq ərəfəsindədir. Qurumun saytına abunə imkanı yoxdur. Həmçinin, quruma gəlmək üçün nəqliyyat marşrutunun təqdim olunmaması da diqqətdən yayınmır. Qurumun sosial şəbəkələrdə səhifəsi aktiv sayılır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV