Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, əvvəlkinə nisbətən bir qədər irəliləyib. Bununla belə, saytın çatışmayan cəhətləri də var. Düzdür, funksionallıq, istifadə rahatlığı və düzənləmə baxımından bu resursu yetərli səviyyədə dəyərləndirmək olar. Əvvəlki illərlə müqayisədə bir çox bölmələr dolğunlaşdırılıb, yeni-yeni bilgilər əlavə edilib ki, bu da təqdirəlayiq haldır. Lakin,  aşağıda təqdim edəcəyimiz tövsiyələr məhz bu resursun zənginləşdirilməsinə xidmət edir.

1. Qurumun barədə təqdim edilmiş bilgilər sırasına digər struktur rəhbərləri barədə də bioqrafik bilgilərin əlavə edilməsi tövsiyə olunur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün saytda əks etdirilmiş bilgilər sırasına quruma getmək üçün ictimai nəqliyyat barədə də məlumatların əlavə edilməsi tövsiyə olunur.

3. Qurumun strukturunun  sxemi və aparat barədə bilgilər, alt və tabe qurumlar və onlarla əlaqə imkanları, həmçinin struktur bölmələrinin  ünvanları və səlahiyyət çərçivələri barədə bilgilər göstərildiyi üçün bu sahədə əlavə tövsiyəyə ehtiyac duyulmur.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə təqdim edilən bilgilərdəndir, lakin qurum rəhbərinin müavinlərinin və digər struktur rəhbərlərinin bioqrafiyalarının da təqdim edilməsi tövsiyə olunur.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar təqdim edilir.  Həmçinin, qurumdaxili əmr və qərarların və onların reyestrinin saytda yer almasını nəzərə alaraq əlavə tövsiyə verilmir.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər də saytda yer alsın. Büdcədənkənar daxilolmalar haqqında da məlumatların yerləşdirilməsinə tövsiyələr sırasındadır.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalara əlavə xidmətlər barədə bilgi təqdim olunduğu üçün bu barədə tövsiyəyə ehtiyac yoxdur. Həmçinin, qaynar xətt saytın ön hissəsində yerləşdirildiyi üçün bu haqda da əlavə tövsiyə verilmir.

8. Qurumun saytında  işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin əks etdirilməsi də tövsiyələr sırasındadır.

9. Növbəti tövsiyə sahə işçilərinin əmək haqları barədə bilgilərin saytda əks etdirilməsi ilə bağlıdır.

10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər  təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı təqdim edilmiş bilgilərlə yanaşı tender və yarışmaların nəticələri haqda məlumatların da saytda əks etdirilməsi tövsiyə olunur.

12. Dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti haqqında bilgilər təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.

13. Saytın texniki imkanları yaxşı qiymətləndirlir. Amma burada abunə imkanının da daxil edilməsinə və sosial şəbəkədə səhifəsinin hazırlanmasına gərək var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV