Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az ünvanlı İnternet saytı əvvəlkinə nisbətən xeyli zənginləşib və yaxşılığa doğru dəyişib. Saytda e-xidmətlər bölməsi də əlavə edilib və müəyyən xidmətlər bu yolla təklif edilir. Nazirliyin yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Dövlət Fitosanitar Nəzarət Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti fəaliyyət göstərir.  Saytdan  bu sahələrin saytlarına birbaşa keçid mövcuddur. Məsələn, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi, Azərbaycan Dövlət Aqrar Universiteti, KTN yanında Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi Dövlət Komissiyası saytlarına keçərək oradan lazımi məlumatları əldə etmək mümkündür. Aqrolizinq ASC-nin anbarlarında  olan mineral gübrələrin satışı və qiyməti barədə, bitkiçilik məhsullarının istehsalı, Azərtoxum ASC-də buğda və arpa növləri haqda, həmçinin satış mərkəzləri, yazlıq, payızlıq taxıl bitkilərinin əkini haqda ətraflı bilgi verilir. Əkinçilik İnstitutunun bitki sortlarına nəzər saldıqda da maraqlı təsnifata rast gəlmək olur. Qurumun saytından ölkəmizdə  heyvandarlığın inkişafı haqda da geniş bilgi əldə etmək mümkündür. Arıçılıq bölməsi, senaj bölməsi, ölkəmizdə yetişdirilən qoyunçuluq, damazlıq mal-qara, heyvandarlıq məhsulları haqqında, fermerlərə məsləhət xidməti bölmələrindən də maraqlı informasiyalar tapmaq olur. Qanunvericilik bazası bölməsində Tütün və tütün məmulatları, üzümçülük və şərabçılıq, arıçılıq, pambıqçılıq, ekoloji təmiz, damazlıq heyvandarlıq və taxılçılıq haqqında qanunlar ətraflı təqdim edilir.

Saytda struktur haqqında məlumat verilir, qurumun rəhbəri haqqında bilgi təqdim edilısə də, lakin rəhbərin müavinləri və struktur bölmələrinin rəhbərləri haqqında heç bir məlumat təqdim edilmir. Qurumun əlaqələr bölməsində mərkəzi aparatın bütün şöbələrinin rəhbərlərinin telefon nömrələri ilə  yanaşı, e-mail ünvanlarının da verilməsi təqdirəlayiq haldır. Qurum rəhbərinin vətəndaşları qəbulu, tender elanları, həyata keçirilən layihələr, qurumun tarixi, qurumdaxili əmrlər haqda məlumatlara rast gəlinsə də, vakansiyalar, rəhbərdən başqa digər struktur rəhbərləri haqda heç bir bioqrafik bilgi, qurumun sosial şəbəkələrdə səhifəsi, quruma getmək üçün ictimai nəqliyyat, tender və yarışmaların nəticələri, rəhbər və struktur işçilərinin tarif stavkası təqdim edilməyən bilgilərdəndir. Qaynar xətt saytın ön hissəsində  nəzərə çarpan yerdə təqdim edilir ki, bu da təqdirəlayiq haldır. Ümumilikdə isə saytdakı durum aşağıdakı kimidir:

1. Qurumun tarixi haqda bilgi təqdim olunur. Qurumun rəhbəri haqda bioqrafik məlumatlar təqdim olunsa da, digər rəhbər işçilər barədə bioqrafik bilgiyə rast gəlinmir. Qurumun əsasnaməsi və təlimatları isə saytda öz əksini tapmışdır.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri, ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin əlaqə telefonları və  e-poçt ünvanları göstərilib. Qurumun marşrut sxemi də təqdim edilir, lakin nazirliyə getmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.

3. Qurumun strukturunun sxemi və aparat barədə, həmçinin alt və tabe müəssisələr barədə ətraflı məlumatları həmin qurumların saytlarına birbaşa keçidlə əldə etmək mümkündür. Bundan başqa, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə, onların fəaliyyəti geniş işıqlandırılıb.

4. Rəhbər işçilər, onlarla əks əlaqələr üçün hər cür vasitə qurumun saytında göstərilir. Rəhbərin müavinlərinin və başqa rəhbər şəxslərin bioqrafiyaları təqdim edilmir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar baxımından mətbuat üçün açıqlamalar, qurumdaxili əmr və qərarlar, onların reyestri barədə və qurumun həyata keçirdiyi layihələr barədə də bilgilər təqdim edilir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi təqdim edilmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqda bilgilər natamam təqdim edilir.

7. Dövlət qurumu tərəfindən təklif edilən mütləq xidmətlər, həmçinin, əlavə xidmətlər barədə məlumatlar təqdim edilir, saytın ön səhifəsində  qaynar xətt böyük rəqəmlərlə təqdim edilir. Elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı da mövcuddur.

8. Təəssüf ki, dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlara rast gəlinmir.

9. Rəhbər, onun müavinləri və struktur bölmələri, rəhbər işçilərinin mövcud tarif stavkası haqda da heç bir məlumata rast gəlinmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə, həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təqdim edilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında məlumatlar da təqdim edilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar, tender elanları haqqında bilgilər əks etdirilir. Lakin tender və yarışmaların nəticələri haqda məlumata rast gəlinmir.

12. Növbəti təqdim edilən məlumatlar dövlət qurumunun norma – (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri və bu layihələrdə vətəndaşların iştirakı barədə bilgi də təqdim edilən bilgilər sırasındadır.

13. Sayt texniki imkanlar baxımından yaxşıdır. Domen rahatlığı var. Çatışmayanlar isə abunə imkanı və sosial şəbəkələrdə səhifələrinin olmamasıdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV