Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti www.binegedi-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum və rayon haqqında təqdim edilmiş bilgilərlə yanaşı quruma daha öncə başçılıq etmiş şəxslər, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini üçün quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatların təqdim edilməsi tövsiyə olunur. Həmçinin “Rayonun elektron xəritəsi” bölməsinə girişdə olan problemin aradan qaldırılması da tövsiyə olunur.
3. Qurumun strukturu haqqında sxem və müavinlərin adları qeyd olunsa da, onlar haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatların təqdim edilməsi tövsiyə olunur.
4. Qurumun rəhbəri haqda olduğu kimi, digər rəhbər işçilər və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi tövsiyə olunur.
5. Cari informasiyaların daim yenilənməsinə baxmayaraq, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də yenilənməsi tövsiyələr sırasındadır.
6. Büdcə ilə bağlı məsələlər haqqında saytda daha da ətraflı bilgi əks etdirilməsi tövsiyə olunur.
7. Növbəti tövsiyə qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin verilməsi ilə bağlıdır.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) bilgilərin də saytda öz əksini tapması tövsiyə olunur.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanlarının daha da yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.